Siyavuş Novruzovdan ilginc çıxış: Qız qaçıranlara cəza verilməsin

Siyavuş Novruzovdan ilginc çıxış: Qız qaçıranlara cəza verilməsin
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov evlənmək məqsədi ilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib.

Sfera.az bildirir ki, Milli Məclisdə keçirilən dəyirmi masada S. Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil.

"Bir var tamah məqsədi ilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik” , - deyə o qeyd edib.(APA)

OXŞAR XƏBƏRLƏR