Gündəm

Siyavuş Novruzov: "Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı"

Siyavuş Novruzov:
 

"Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı. Bunun nə mətbuatda, nə də parlamentdə müzakirəsinə ehtiyac yoxdur. Bu, dünyanın hər yerində baş verən hadisədir, istefa mədəniyyəti hər yerdə var. Deputat Rafael Cəbrayılov tərəfindən də bu addım atılıb”.

Sfera.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirilib ki, vaxtilə Milli Məclisə namizədliyini irəli sürən, amma xalq tərəfindən etimad qazanmayanlar, xaricdə oturub Azərbaycanın əleyhinə iş aparanlar, qarayaxma ilə məşğul olanlar bu hadisədən sui-istifadə edirlər: "Öz partiyasında əxlaq və mənəviyyatla məşğul ola bilməyənlər bu məsələni şişirdib ortaya çıxarırlar”.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031