Siyavuş Novruzov oğlunu imam Əliyə bənzətdi – AÇIQLAMA

Siyavuş Novruzov oğlunu imam Əliyə bənzətdi – AÇIQLAMA

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bu dəfə siyasətdən deyil, oğlu Seymur Novruzovdan danışıb.

 

Sfera.az xəbər verir ki, S.Novruzov "MediaPost”a müsahibəsində övladı ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

- Siyavuş müəllim, oğlunuz məzun oldu. Məktəbi necə oxuya bildi?

 

-Övladım məktəbi çox yaxşı oxuyub, başa vurdu. Müəllimləri də Seymurdan çox razı idi. Hər bir müəllimi ilə görüşür və lazım gələndə əlindən də öpürdü. Mən övladımı belə tərbiyə etmişəm. Elə bunu da yazın. Oğlum icazə almamış ayaqyoluna belə getmir.

- Ali məktəblərə dövlət imtahanları başlayıb. Seymur imtahan verib?

 

- Xeyr. Hələ imtahan verməyib. Yaxın günlərdə imtahanı olacaq. İnşallah, imtahanlarında yüksək nəticə əldə edər.

- Sirr deyilsə, övladınız ixtisasca nə olmaq istəyir?

 

- Özünə bu barədə sual verin. Amma mən istəyirdim, övladım Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına (indiki: Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasına ) imtahan verib, qəbul olsun. Özü bunu istəmədi. Sonra təklif etdim ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında oxusun. Onu da qəbul etmədi (gülür). Özüm "paqonlu adamam” deyə, bunları təklif etdim. Amma hazırda bütün bu ixtisas seçimi məsələsini özünün ixtiyarına vermişik. Daha özü bilər. Oğlum həm də yaxşı bokusçudu.

- Boksçu kimi yarışlarda iştirak edib, qələbə qazanıb?

 

- Yaxşı döyüşə bilir. Amma heç vaxt yarışlarda iştirak etməyib. Oğlum o qədər ədalətli adamdır ki, bəzən mən ondan dərs götürürəm. Deyir ki, məndən zəifi necə vura bilərəm?! O qədər haqq adamıdır.

- Seymur xasiyyətcə kimə oxşayır?

 

- (Gülür) Babasına oxşayır. Mənim atama. Atam da elə idi. Övladım bir qarışqanı belə, ayaqlamır. Bu qədər ədaləti mən yalnız Həzrəti Əlidə olduğunu eşitmişəm


OXŞAR XƏBƏRLƏR

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı MƏLUMAT

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub". &nb...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...