Siyavuş Novruzov müxalifəti məhərrəmlik təziyyəsinə çağırdı: \"QAN VERSİNLƏR...\"

Siyavuş Novruzov müxalifəti məhərrəmlik təziyyəsinə çağırdı: \
Məhərrəmlikdə insanlar özlərinə zəncir vurmaqdansa, qanvermə aksiyasında iştirak etsələr, daha yaxşı olar.

Sfera.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzov jurnalistlərə deyib.

S.Novruzov biĺdirib ki, bəzi insanlar müəyyən xəstəliklərdən əziyyət çəkdiyi üçün qana ehtiyac duyur:

"Qan verməklə biz o insanlara kömək etmiş olarıq. Hakim Yeni Azərbaycan Partiyası hər ilə belə aksiyalar keçirir".

Millət vəkili insanları Aşura günündə məscidlərdə qan verməyə səsləyib: "Özünü döymək, baş yarmaq hallarına yol verməsinlər".

S.Novruzov müxalifəti də bu cür aksiyalarda iştirak etməyə dəvət edib. O bildirib ki, müxalifət nə ağac əkir, nə qan verir:

"Onların addımları ancaq söyüş və təhqirdən ibarətdir. Mən həmin siyasi təşkilatları da qanvermə aksiyasında iştirak etməyə dəvət edirəm. Gəlsinlər, qan versinlər".

OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...