Siyavuş Novruzov: \"Əsgər \"pol\" yumamalıdır\" — VİDEO

Siyavuş Novruzov: \
Milli Məclisin bu gün keçirilən plenar iclasında 25 qanuna dəyişiklik layihəsi bir paketdə müzakirəyə çıxarılıb.

Müzakirəyə çıxarılan məsələlərdən bir neçəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə bağlı olub.

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi” barədə müzakirələr aparılıb.

"Orduya nəzarəti Silahlı Qüvvələr edir. Hər hansı bir nöqsan baş verdikdə struktur dəyişikliyi və ya bu məsələdə hər hansı qeyri-hökümət təşkilatının nəzarət edilməsini təklif etmək düzgün deyi.  Hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır. Lakin bu məsələ nəzəriyyə deyil. Bu praktikadır”

Bu sözləri iclasda çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib. O, ordudakı quruculuq işləri ilə bağlı müəyyən təkliflər irəli sürüb.

"Ali baş komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, pol yumamalı, digər işlərlə məşğul olmamalıdır. Əsgər silahla məşğul olmalıdır, döyüşə taktikası öyrənməli, döyüşə hazır olmalıdır. Bu baxımdan, mülki işləri, təsərrüfat işlərini görmək üçün başqa şəxslər cəlb olunur”,- deyə deputat bildirib.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...