Siyavuş Novruzov: \"Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident getdi...\"

Siyavuş Novruzov: \
"Sığorta ilə bağlı Milli Məclisin komitələrində yeni qanun layihələri hazırlanmalıdır. Bu sahədəki problemlər həllini tapmalıdır və Prezident də bu barədə keçirdiyi müşavirədə tapşırıq verdi”.
 
Bunu bu gün Milli Məclisin plenar iclasında millət vəkili, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov söyləyib. 
 
S.Novruzov deyib ki, yanvar ayından müxtəlif sahələrlə bağlı addımlar atılır, sosial problemlər həllini tapır: "Müxtəlif qüvvələr bu islahatları öz adlarına çıxır. Burada məqsəd hakimiyyəti bu islahatlardan çəkindirmək, ya da bu islahatları öz adına çıxmaqdır. Adi bir zəlzələ zamanı insanların dərdinə şərik çıxmaq əvəzinə deyirlər ki, filan vaxt mitinq edəcəyik. Bir məqamı da qeyd edim. Hazırda uşaqpulu ilə bağlı qanunvericilik hazırlanır, deyirlər ki, gəlin mitinq edək, sizə uşaq pulu verdirəcəyik. Əli Kərimli ilə Sevinc Osmanqızı iki bülbül kimi səs-səsə verib, islahatları fərqli formada çatdırmaq istəyirlər”.
 
Millət vəkili bildirib ki, Prezident xalqın maraqlarını həyata keçirir: "Atılan addımların heç biri xarici qüvvələrin təsiri ilə həyata keçirilmir. Sapı özündən olan baltaları başa düşürük. Azərbaycan dövləti Azərbaycan xalqının yanındadır. Deyirlər ki, niyə Prezident yanğında zərərçəkən insanlarla görüş keçirməyib. Prezidentin rayonda nümayəndəsi var, ilk gündə xalqla görüşdü. Əli Kərimlinin evini su basmışdı, özü getmədi, Prezident getdi, 5 min ev tikdirdi. Zaqataladakı zəlzələdə mindən çox ev tikildi. Şamaxıda, Ağsuda da evlər tikilməyə başlanıb. Onların məsələlərə bu cür yanaşması onların erməni xislətindən irəli gələn məsələdir. Biz bu islahatları, atılan addımları cəmiyyətə düzgün çatdırmalıyıq”.ona

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...