“Siyasi riyakarlıq siyasətçinin peşəsidir” - Qabil Hüseynlidən qalmaqal açıqlama

“Siyasi riyakarlıq siyasətçinin peşəsidir” - Qabil Hüseynlidən qalmaqal açıqlama
"Mən bildirmişdim ki, dəfn mərasimi hökumətin dəstəyi ilə keçiriləcək. Üzrxahlıq edərək siyasi partiyalardan xahiş etmişdim ki, mərasimə qatılmasınlar. Amma mərhumun 3 və 7 mərasimləri "Heydər” məscidində keçirilir. Kim istəyirsə, iştirak edə bilər”. 

Sfera.az xəbər verir ki, bu sözləri "Yeni Sabah”a qəzaya uğrayan MİQ29 təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Qabil Hüseynli məlum çağırışına görə tənqid edilməsinə də sərt münasibət bildirib. "Hadisə baş verən gündən bir dəfə zəng vurmayıblar, maraqlanmayıblar. Amma sonra dəfn mərasiminə şərik çıxmaq istəyirlər. Bu mənəvi haqqı sizə kim verib? Bu sözlərim bütün siyasi partiyalara aiddir”, - deyə keçmiş müşavir bildirib.

Qabil Hüseynli "Bu çağırış hansı zərurətdən yaranmışdı”sualına cavab olaraq deyib ki, onda dəfn mərasiminə siyasi çalar qatılacağı barədə məlumat olub. "Mən dəfn mərasimini siyasiləşdirilməsinin əleyhinəyəm” deyən keçmiş müşavir məlumatı haradan əldə etdiyini və mərasimə siyası rəng qatmaq niyyətində olanların konkret olaraq hansı təşkilatın olduğunu deməyib. 

"Mən 15 il müxalifətin sıralarında olmuşam. Təcrübədən çıxış edərək, dəfn mərasininə siyası rəng qatılacağı barədə ehtimalları nəzərə alaraq bu çağırışı etmişəm. Siyasiləşdirmək istəmirlərsə, buyurub 3-7 mərasimində iştirak etsinlər”, - deyə keçmiş müşavir əlavə edib.

Qabil Hüseynli məlum çağırışı hökumətin təhriki ilə etməsi barədə iddiaları əsassız adlandırıb: "Heç bir təhrik olmayıb. Bunu mən özüm etmişəm. Müəyyən məlumatlar var. Hətta hərbçilər mətbuatı da buraxmaq istəmirdilər. Lakin mən buna qarşı çıxdım. Ümumiyyətlə, orada bacardığımı etdim, çox şeylərin qarşısını aldım. Siyasi partiyalardan da sadəcə xahiş etmişəm, özü də dönə-dönə üzr istəyərək”.

Keçmiş müşavir bu məsələdən sonra onun mərhum prezident Heydər Əliyevin sərəncamı ilə işdən çıxarılmasının xatırlanmasına da münasibət bildirib. "Siyasi riyakarlıq söhbətini ortaya atıblar. Siyasi riyakarlıq elə siyasətçinin peşəsidir də. Ona görə də sözü deyəndə ölçüb-biçib demək lazımdır”, - deyə Qabil Hüseynli vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Aprel çağırışı yekunlaşır - FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə aprel çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komis...

“Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdır” – Deputat

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirilib. Bu görüş olduqca əhəmiyyətli x...

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Yaxın vaxtlarda Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hökumətin bu gün ...

Prezidentləri Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.   Sfera.az xəbə...

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...