İdman

Siyasətçilər Bakı finalında hansı kluba azarkeşlik edəcək? – “PARTİYAMIZ QƏRAR QƏBUL EDİB Kİ...”

Siyasətçilər Bakı finalında hansı kluba azarkeşlik edəcək? – “PARTİYAMIZ QƏRAR QƏBUL EDİB Kİ...”
 

"Çağırış etmişik ki, "Çelsi”yə dəstək verək”


Sfera.az-a açıqlamasında bu sözləri mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu çərçivəsində keçiriləcək "Arsenal” – "Çelsi” qarşılaşmasında "kimin qalib gəlməsini istərdiniz?” sualına cavabda BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib:

 

"Partiyamız adından bütün vətəndaşlara çağırış etmişik ki, mayın 29-da Olimpiya Stadionuna gələrək, Londonun "Çelsi” klubunu dəstəkləsinlər. Çünki "Arsenal” klubunun tutduğu yaramaz mövqe Azərbaycanın maraqlarına kölgə salmağa, imicinə zərbə vurmağa hesablanmış addımdır. Azərbaycanda sabitlik hökm sürür. Ölkəmizdə bir sıra beynəlxalq tədbirlər, o cümlədən mühüm idman yarışları da keçirilib. Bu tədbirlər zamanı heç zaman bir adamın belə burnu qanamayıb. "Arsenal” isə təəssüf ki, ölkəmizə zərbə vurmaq üçün müəyyən qüvvələrin əlində vasitəyə çevrilib və futbol klubuna yaraşmayan addıma əl atıblar. Ona görə də bütün xalqı "Çelsi” klubuna azarkeşlik etməyə səsləyirik. Çalışacağam ki, "Çelsi” – "Arsenal” oyununa canlı olaraq stadiondan baxım”.

 

 

Milli Məclisin deputatı Asim Mollazadə də saytımıza açıqlamasında Arsenalın məğlub olmasında maraqlı olduğunu dedi: "UEFA Avropa Liqasının Bakıda olacaq oyununa baxmağa getməyəcəyəm. Sadəcə olaraq "Arsenal” klubunun və onun üzvü Henrix Mxitaryanın siyasi oyunlarda iştirakı əslində bu klubun məğlubiyyətə hazırlaşması fonunda bahənə xarakteri daşıyır. Təəssüf ki, idman belə bir çirkin siyasi oyunlarda istifadə olunur”.


ADP sədri Sərdar Cəlaloğlu ümumiyyətlə idmandan uzaq olduğunu söylədi: "Futboldan nə başım çıxır, nə də ona baxmıram. Heç olmasa Türkiyə və Azərbaycan oynasaydı baxardım. Yoxsa ingilis klubları səviyyəsində futbolu izləmirəm”.

 

 

Milli Məclisin deputatı Fazil Mustafa da "Çelsi”nin aşarkeşidir:."Təbii ki, Çelsinin oyununun pərəstişkarıyam. Oyuna canlı baxmaq üçün bilet də almışam. Ümid edək ki, stadiona gedib maraqlı bir qarşılaşmanın şahidi olacağıq”.


ReAL Partiyasının icra katibi Natiq Cəfərli "Çelsi”yə azarkeşlik etdiyi oyuna televiziya vasitəsilə baxacaq: "Mayın 29-u ola bilsin, Bakıda olmayacağam. Çünki səfərim planlaşdırılır. Ona görə də "Çelsi” –"Arsenal” qarşılaşmasına stadiondan canlı baxa bilməyəcəyəm. Ancaq televiziya vasitəsilə finalı mütləq izləyəcyəm. Fikrimcə, bu final indiyə kimi Azərbaycanda keçirilən ən maraqlı idman yarışıdır. "Çelsi”yə azarkeşlik edəcəm. Ümumilikdə gözəl bir oyunun olmasını arzulayıram”.


 

Qeyd edək ki, mayın 29-da Bakıda "Olimpiya Stadionu”nda UEFA Avropa Liqasının final oyunu çərçivəsində iki İngiltərə klubu qarşılaşacaq. Azarkeşlər "Arsenal” – "Çelsi” görüşünün şahidi olacaq. Hansı ki, son zamanlar "Arsenal” klubu, o cümlədən Böyük Britaniya Xairci İşlər Nazirliyi əsassız yerə , heç bir səbəb olmadan hay-küy qaldıraraq Azərbaycana gəlməyin guya təhlükəli olduğu barədə bəyanatla çıxış ediblər.

 

 

Elçin

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031