Cəmİyyət

Şirvan sakini polisin keçirdiyi əməliyyat zamanı özünü bıçaqladı

Şirvan sakini polisin keçirdiyi əməliyyat zamanı özünü bıçaqladı
 Şirvanda 45 yaşlı kişi bıçaqlanıb.

Sfera.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1973-cü il təvəllüdlü Aslanov Məzahir Əlimirzə oğlu qarın boşluğuna nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

İlkin məlumata görə, M.Aslanov polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb. M.Aslanovun saxlanılan zaman özünə bıçaqla xəsarət yetirdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AdRiver

XƏBƏR LENTİ