Şirkət “Bakı Metropoliteni”ni məhkəməyə verdi - Ödənişdən narazıdır

Şirkət “Bakı Metropoliteni”ni məhkəməyə verdi - Ödənişdən narazıdır
"Bakı Metropoliteni”ndə quraşdırma işləri həyata keçirən şirkət qurumu məhkəməyə verib. 

Metroda təmir və avadanlıqların quraşdırılması işlərini görən "Safe Life” MMC metropoliteni müqavilə üzrə öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. 

Şirkət yanğın və mühafizə siqnalizasiyası; sulu, qazlı, köpüklü yanğın söndürmə sistemlərinin; kamera-nəzarət və girişə nəzarət sistemlərinin; yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılmasını; yeraltı və yerüstü avto dayanacaqlarda naviqasiya və ödəmə sistemlərinin quraşdırılması ilə məşğul olur. Metronun yeni stansiyalarında bu işləri görsələr də, ödənişdə razılığa gələ bilməyiblər. MMC ödənişin tam həyata keçmədiyini iddia edir. 

"Bakı Metropoliteni” isə bu ittihamı qəbul etmir. Qurumun sözçüsü Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hazırda iş məhkəmə prosesində olduğu üçün bundan başqa mövqe bildirmək istəmirlər: "Hər şey məhkəmənin qərarı ilə ortaya çıxacaq”.

İddiaya 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılacaq."Qafqazinfo”

OXŞAR XƏBƏRLƏR