Şirin içkilərin zərəri aşkar edildi
23:45 / 02.03.2020
5573
Qazlı içkilərdən tez-tez istifadə lipid mübadiləsinin pozulmasına gətirib çıxara bilər.
Sfera.az xəbər verir ki, belə bir nəticəyə Taftsa Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində gəliblər.
12 il müddətində aparılan tədqiqatlar göstərib ki, hər gün qazlı sulardan istifadə edən şəxslərdə dislipidemiyanın (yüksək sıxlıqlı lipoproteinlərin konsentrasiyasının azalması) variantlarından birinin inkişaf riski digər insanlardan 98% çox olub. Həmçinin şirin qazlı su içən insanlarda xolesterinin ümumi səviyyəsi də yüksək idi.
Alimlərin sözlərinə görə, tədqiqatlar nəticəsində şirin qazlı su, limonad, həmçinin meyvəli punşun və şirin şirələrin zərəri müəyyən edilib.
(oxu.az)