Siqaret problemi böyüyür - Firmalar satışdan İMTİNA ETDİ

Siqaret problemi böyüyür - Firmalar satışdan İMTİNA ETDİ

Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb.

Sfera.az xəbər verir ki, bu barədə lent.az-a siqaret satışı ilə məşğul olan bir neçə kiçik sahibkar məlumat verib. Sahibkarların sözlərinə görə, siqaretlərin nağdsız satışına keçildikdən sonra firmalar topdansatışı, demək olar ki, məhdudlaşdırıb.

İş adamının sözlərinə görə, siqaretin nağd satışı dayandırıldıqdan sonra hesabına pul köçürüb, firmalardan siqaret istəsə də, ona bildirilib ki, siqaret yoxdur, satış dayandırılıb: "Mən şəxsən 25 min manat pul ödəmişəm. Tanış sahibkarlar var ki, onlar hesablarına 50 min manata yaxın pul köçürüblər. Bununla belə, firmalar heç kimə siqaret vermir".

Sayt yazır ki, topdansatış firmaları artıq bir aya yaxındır ki, xırda sahibkarları siqaretlə təmin etmir. Sahibkarlar məcbur qalıb, müxtəlif yollarla "qara bazar"dan siqaret alırlar.

 

Bakının mərkəzində fəaliyyət göstərən köşklərdə işləyən satıcılardan əldə edilən məlumatda isə bildirilir ki, siqaret satışı ilə, əsasən, 3 firma məşğul olur. Bunlar "Kent", "West" və "Winston" şirkətləridir. Adıçəkilən firmalar isə qeyri-rəsmi olaraq siqaret satışını dayandırdıqlarını bildirib: ""Qara bazar"da siqaret satanlar isə konkret qiymət təklfi etmir, kim neçəyə istəyir, o qiymətə satır", - deyə sahibkar qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan malyariyadan azad olan ölkələrdən biridir - ÜST 

Aprelin 25-i dünyada Ümumdünya Malyariya Günü kimi qeyd edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan 2023-cü ildən malya...

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır

Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələrinin quraşdırılmasına başlanılıb.   Sfera.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe...

Bu həşarata görə dünyada şokolad qiymətləri BAHALAŞIR

Qərbi Afrikada kakao ağaclarına düşən virus qlobal miqyasda şokoladın qiymətlərinin artmasına səbəb olsa da, tədqiqatçılar xəstəliyin qarşısını almaq üçün yeni ...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR - YENİLƏNDİ - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xə...

Zelenskidən ABŞ-yə MÜRACİƏT: “Putinin planları...” 

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ xalqına təşəkkür edib.   Sfera.az bildirir ki, o, həmçinin Prezident Baydenə minnətdarlığını bildirib. ...

"Liverpul"un oyunçusu: "Heç kim təsəvvür etməzdi..." 

"Liverpul"un müdafiəçisi Vircil van Deyk mersisaydlıların Premyer Liqada çempionluq yarışında iştirakından danışıb.   Sfera.az bildirir ki...