“Sipark” İnşaat Şirkətinin Təbriz küçəsindəki sərgüzəştləri - ŞİKAYƏT

“Sipark” İnşaat Şirkətinin Təbriz küçəsindəki sərgüzəştləri - ŞİKAYƏT

Azərbaycan Gənclər Parlamentinin Məşğulluq, karyera və sosial siyasət komitəsinin sədr müavini Vəli Quliyev özünün sosial şəbəkə hesabında Sipark İnşaat Şirkətinin yarıtmaz fəaliyyətini pisləyən durum paylaşıb.


Sfera.az sözügedən durumu oxucularına təqdi edir:


"Sipark” İnşaat Şirkəti Təbriz küçəsindəki pilot layihəsini icra etmir. Ərazidə yaşayan sakinlərlə müqavilə öhdəliyi olan Sipark İnşaat Şirkəti (red. əsl adı "Evrostroy-S.S MMC”-di) 2.2.5-ci (red. 20 ay ərzində binanın tikilib sakinlərə təhvil verilməsinə dair öhdəlik) maddəni pozub.


6 bloklu, 16 mərtəbəli binanın 2017-ci ildən yalnız 3 blokunda 14-cü mərtəbəyə qədər tikinti aparılıb.Yerdə qalan 3 blokun tikintisi isə hələ də başlamayıb.

Şirkət müqaviləni pozduğuna görə sakinlərin dəfələrlə Nərimanov Rayonu İcra Hakimiyyətinə və digər müvafiq qurumlara şikayət etməsinə baxmayaraq, bu gün də tikinti ya çox zəif aparılır, ya da heç aparılmır. Həmin ərazinin yaxınlığında yerləşən digər pilot layihələrdə tikinti tam sürətlə davam edir və çox güman ki, bu ilin sonunda onlardan bir neçəsi artıq sakinlərə təhvil veriləcək.”


 

Sözügedən pilot layihədə mənzil gözləyən şikayətçi həm öz adından, həm də onunla birgə həmin binada mənzil sahibi olacaq qonşları adından Sipark İnşaat Şirkətinə müraciət edir: "Tikintini icra edə bilmirsinizsə, layihəni başqa bir şirkətə təhvil verin, inşaatı onlar davam etdirsinlər.

Sizə görə biz ömrümüzü kirayələrdə keçirib, kirayələrdə ölməliyik?! Karantin bitdikdən sonra, Prezident Aparatı qarşısında etirazlara başlayacağıq. Dünən qonşularımızdan biri stress və əsəbdən dünyasını dəyişdi. . Bundan əvvəl də neçə qonşumuz eyni səbəbdən vəfat edib.”

 

 

Sfera. az


OXŞAR XƏBƏRLƏR

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...