Sinqapurda koronavirusa yoluxanların sayı 45-ə çatdı

Sinqapurda koronavirusa yoluxanların sayı 45-ə çatdı
 

Sinqapurda yeni növ koronavirusa yoluxma üzrə daha iki hal təsdiqlənib. Bununla da ölkədə bu virusa yoluxanların sayı 45 nəfərə çatıb.

Sfera.az  xəbər verir ki, bu barədə Sinqapurun Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, 7 nəfər müalicə kursunu müvəffəqiyyətlə başa vuraraq Milli Yoluxucu Xəstəliklər Mərkəzindən evə buraxılıb, ağır vəziyyətdə olanların sayı isə 7 nəfərə çatıb.

Qeyd edək ki, Sinqapur hökuməti fevralın 7-də epidemioloji təhlükə səviyyəsini pandemiyanın elan edilməsindən əvvəlki səviyyəyə qədər qaldırıb. Bu, bəzi hallarda mütəxəssislərin yoluxma mənbəyini təyin edə bilməmələri ilə əlaqədardır. (report)


OXŞAR XƏBƏRLƏR