Şimon Peres Bakıdadır - Əliyevlə görüşdü

Şimon Peres Bakıdadır -  Əliyevlə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin sabiq Prezidenti Şimon Peresi qəbul edib.

Sfera.az-ın Azərtac-a istinadən məlumatına görə, görüşdə Prezident İlham Əliyev ilə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşləri xatırlanıb.

İsrail Dövlətinin sabiq Prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.

Söhbət zamanı Azərbaycan ilə İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR