Şimali Koreya ilk atom bombasının görüntülərini yayımladı? – VİDEO

Şimali Koreya ilk atom bombasının görüntülərini yayımladı? – VİDEO
 Şimali Koreya yanlışlıqla ilk atom bombasının şəkillərini dünyaya göstərmiş ola bilər. Dövlət televiziyasının 12 dekabr tarixində yayımladığı yarım saatlıq görüntülərdə ölkənin sabiq lideri Kim Jong İlin atom bombasına bənzər bir cismə baxdığı müşahidə olunub.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülər mütəxəssislər arasında geniş müzakirəyə səbəb olub.

Görüntülər 8-ci Hərbi Sursat Sənaye Toplantısı zamanı çəkilib. Kameralar toplantının keçirildiyi binada çəkiliş apararkən divarda olan və Şimali Koreyanın Silah Sənayesindəki uğurlarını göstərən müxtəlif şəkilləri də görüntüləyib.

Bunlardan biri də Kim Çen Inın atası və ölkənin sabiq prezidenti Kim Jong İlin atom bombasına bənzəyən böyük metal bir slindirə baxması olub. Şəkil sosial mediada geniş müzakirələr yaratdığı bir vaxtda BBC sabiq lider Kim Jong İlin belə bir şəkillərinin ictimaiyyət arasında paylaşılmadığını bildirib.

Əgər şəkil reladırsa, Şimali Koreyanın nüvə sınaqlarını 2006-2009-cu illərdə həyata keçirməsi mümkündür.

Sfera.az sözügedən görüntüləri təqdim edir:



OXŞAR XƏBƏRLƏR