Silsilə oğurluqlar edən qohumlar saxlanılıb

Silsilə oğurluqlar edən qohumlar saxlanılıb
Qəbələ rayon sakini Tərlan Yusifov RPŞ-yə ərizə ilə müraciət edərək Zarağan kəndində yerləşən ona məxsus mağazadan ümumi dəyəri 300 manat olan müxtəlif əşyaların oğurlanması barədə məlumat verib.

DİN mətbuat xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə məlumatla əlaqədar Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qohumlar rayonun Soltannuxa kənd sakinləri Bəxtiyar və Rizvan Süleymanov, eləcə də əvvəllər də məhkum olunmuş Maxsud Süleymanov saxlanılıblar.

Araşdırmalar nəticəsində onların digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxslər may ayının 4-də gecə saatlarında Elçin Ədilova məxsus rayonun Zarağan kəndində yerləşən mağazadan pul, tütün məmulatları, müxtəlif enerji içkiləri və digər əşyaların, eləcə də həmin gün eyni kənddə Mənsur Davudova məxsus anbarın qapısını sındıraraq qanunsuz şəkildə ora daxil olduqları və oğurluğa cəhd etdikləri müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR

"İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyəcək" - KİV

İsrail rəsmi olaraq İrana zərbənin məsuliyyətini üzərinə götürməyəcək.   Sfera.az bildirir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onlar bu takt...

Dünyada ən çox PUA istehsal edən ölkə ODUR 

2023-cü ildə Çində ayrı-ayrı müəssisələr tərəfindən istehsal olunan mülki pilotsuz uçuş aparatlarının (PUA) sayı 3 milyon 170 mini keçib.   Sfera.az xə...

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...