Sibel Canın yaşı ŞOK ETDİ: Anasından 5 yaş... - FOTO

Sibel Canın yaşı ŞOK ETDİ: Anasından 5 yaş... - FOTO
Türkiyəli müğənni Sibel Can məhkəməlik olub.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 il əvvəl yaşını 6 il böyüdən müğənni həqiqi yaşını geri qaytarmaq istəyir.

İstanbul hüquq məhkəməsində keçirilən ilk prosesə Sibel Canın dayısı Ünal Babacan da qatılıb. Məhkəmədə şahid olaraq dinlənilən Babacan bildirib ki, ailəsi o dövr bir kazinoda səhnəyə çıxması üçün məhkəməyə müraciət edərək müğənninin yaşını böyütdürüb: "Sibel Canın 1970-ci il təvəllüdlü olduğunu qətiliklə bilirəm. Yaşı kiçik olduğu üçün qanuni olaraq səhnəyə çıxması qadağan idi. Ailəsi doğum tarixini 1964 olaraq düzəltdirmişdi".

Məhkəmə hakimi də "Sibel Canın anasıyla arasında 5 yaş fərq var. İllər əvvəl bunu necə ediblər?”-, deyə üsyan edib. 

Hakim müğənninin ibtidai sinif sənədlərini tələb edərək məhkəmə prosesini təxirə salıb.
Sibel Canın yaşı ŞOK ETDİ: Anasından 5 yaş... - FOTO


OXŞAR XƏBƏRLƏR