“Şöhrət” ordenli Xalq artisti Ramiz Fətəliyevin doğum günüdür

“Şöhrət” ordenli Xalq artisti Ramiz Fətəliyevin doğum günüdür

 

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, kinossenarist Fətəliyev Ramiz Məmmədəli oğlunun doğum günüdür.

Oxu.Az xəbər verir ki, Ramiz Fətəliyev 7 iyun 1946-cı ildə Bakıda anadan olub. 1972-ci ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirib. Respublika qəzetlərində və jurnallarında əsərləri çap olunub.

1974-1975-ci illərdə "Azərbaycanfilm” kinostudiyasıın ssenari-redaksiya kollegiyasının üzvü olub və həmin dövrdən yaradıcılıq bioqrafiyası Azərbaycan kinematoqrafiyası ilə bağlanıb.

1985-1986-cı illərdə isə o, kinostudiyada baş redaktor vəzifəsində çalışıb. 1987-1991-ci illərdə Siyasi və detektiv romanların Sovet Assosiasiyasının vitse-prezidenti, 1990-1995-ci illərdə əvvəlcə Azərbaycan Ali Sovetinin deputatı, sonra Milli Məclisin üzvü olub.

 Ramiz Fətəliyevin ssenariləri üzrə "Azərbaycanfilm”də "Rəqiblər” (kinonovella), T.Bəkirzadə ilə birgə "Ömrün ilk saatı”, "Dənizə çıxmaq qorxuludur” (V.Qonçarova, Ə.Əbluçla birgə), "Birisi gün, gecəyarısı” (M.Avdiyev, A.Donetslə birgə), "Sizi dünyalar qədər sevirdim”, "Burulğan” (E.Quliyevlə birgə), "Xüsusi vəziyyət”, "Akarsızlıq şəraitində”, "Yaramaz” (V.Mustafayevlə birgə), SSRİ-nin müxtəlif kinostudiyalarında 20-dən artıq, o cümlədən "Öz səadəti”, "Köhnə məktublar”, "Qraçlar”, "Mənasız həyat” (Ukrayna), "Altıncı”, "Hər cür rsqsiz”, "Həyatın mənası” (Özbəkistan) bədii filmləri çəkilib.

 2002-ci ildən Ramiz Fətəliyev kinoda həm də rejissor kimi fimlər çəkir. O , "Bir anın həqiqəti” (12 seriyalı), "Məhəllə”, "Qraf Krestovski” və s. bədii televiziya filmlərinə quruluş verib.

1986-1995-ci illərdə kinostudiyanın direktoru olub.

Ramiz Fətəliyev Azərbaycanın əməkdar incəsənət xadimi, Respublika Dövlət mükafatı laureatıdır.

6 iyun 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə Ramiz Fətəliyev "Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə” "Şöhrət” ordeni və "Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə” "Xalq artisti” fəxri adı ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət Gününə həsr olunub.   Sfera.az xəbər verir ki, tədbirdə bir sı...

Tanınmış həkim nömrəsini maşın qiymətinə satır - FOTO

Bakıda 26 000 manata telefon nömrəsi satışa çıxarılıb.   Sfera.az-ın məlumatına görə, bu haqda elan saytlarından birində təklif yerləşdirilib. O...

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazım...

MAQATE baş direktorundan Zaporojye AES-lə bağlı HƏYƏCAN TƏBİLİ: "Hər an..."

“Zaporojye atom elektrik stansiyasına (ZNPP) olan son hücumlar stansiyanın təhlükəsizliyinə görə riskləri azaltmaq üçün razılaşdırılmış prinsiplərdən biri...

İrandan SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.   Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirini...

Məşhur azərbaycanlı müğənni: "Həyat yoldaşımla “TikTok”da tanış olmuşuq” - VİDEO

Bir neçə gün öncə ailə quran müğənni Xəyalə Manaflı həyat yoldaşı ilə tanışlığından danışıb.   Sfera.az xəbər verir ki, ATV telekanalında yayımlanan ...