“Söhbət prezidentin başladığı gözəl işlərin yandırılmasından gedir” – Fazil Mustafa

“Söhbət prezidentin başladığı gözəl işlərin yandırılmasından gedir” – Fazil Mustafa
Millət vəkili ölkədə həyata keçirilən müsbət dəyişikliklər fonunda baş verən neqativ hallara qarşı öz kəskin iradını bildirib.

Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Fazil Mustafa deyib.

Fazil Mustafa "Diqlas” Ticarət Mərkəzində baş verən yanğından sonra ortaya çıxan vəziyyətin təcili şəkildə düzəldilmədiyini deyib:

"Bu məsələyə həmkarlarım toxundular. Problem o qədər kəskindir ki, bu barədə mən də danışmaq istəyirəm. Ümumiyyətlə, dünyanın bütün sivil ölkələrində bu cür obyeklərdə sığorta vaxtında öz həllini tapır. Azərbaycanda təsəvvür edin ki, bir sahibkar 50, 60 hətta 100 min manat verib ticarət mərkəzlərində yer alır, ancaq onun adı heç bir sənədləşmədə keçmir. Yalnız obyekt sahibinin dəftərində olur. Belə bir vəziyyətdə oradakı sahibkarın malı, əmlakı sığortaya cəlb olunmur. Bu cür sənətləşmələr feodal qaydalarla həyata keçirilir. Belə olmamalıdır. Bizdə də sivil qaydalarda sənədləşmə işləri həyata keçirilməlidir ki, belə yanğın və digər təbii fəlakətlər olduqda məsələ avtomatik qaydada həyata keçirilsin.

Deməliyəm ki, söhbət prezidentin başladığı islahatların, gözəl işlərin yandırılmasından gedir. Başqa ifadə deyə bilmirəm. Çünki görünən işlərin fonunda müşahidə olunan neqativ hallar başqa bir fikir səsləndirməyə imkan vermir. Azərbaycan prezidenti İlham Əliyev Asan xidmət kimi Azərbaycan vətəndaşının işini yüngülləşdirən müthiş bir layihə ortaya qoyub. Təsəvvür edin ki, bu işin fonunda çox yersiz asan imza tələbi ortaya çıxıb. Ümumiyyətlə, insanlar vergi sertifikasiyalarını yeniləmək üçün saatlarla növbədə durmaq məcburiyyətindədirlər. Belə olmaz. Bu nə qədər davam etməlidir? Prezident bir yandan vətəndaşların işlərini asanlaşdırmaq üçün addımlar atır. Digər tərəfdən isə bu addımların əhəmiyyətini heçə endirən qərarlar qəbul olunur. Bütün bunların qarşısını almaq lazımdır”.yenicag

OXŞAR XƏBƏRLƏR

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...