Sezen Aksunu FETÖ məktəbləri və ermənilərlə nə birləşdirir?

Sezen Aksunu FETÖ məktəbləri və ermənilərlə nə birləşdirir?
Məşhur türkiyəli müğənni Sezən Aksunun dünənki konsertində "Bütün ermənilər mənim qohumumdur" deməsi qalmaqala səbəb olub.
 
Ötən ay Bakıda konsert verən müğənninin niyə belə bir açıqlama verdiyi hər kəsə maraqlıdır.
 
Sfera.az saytının əməkdaşı, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktayın məsələyə münasibətini öyrənib.
 
 
Hasan Oktay müğənninin bu sözlərini onun keçmişi ilə əlaqələndirib:
 
"Sezən Aksunun atası uzun illər İzmirdə FETÖ məktəblərində direktor olub. Özü isə Onno Tunç adlı erməni vətəndaşı ilə qısa müddət nigahda olub. Bəlkə də Sezən Aksu bu səbəblərdən duyğulanaraq bu sözlərdən istifadə edib. Atasının uzun illər FETÖ yanında vəzifə yerinə yetirmiş olmasını və son zamanlarda FETÖ ilə Türkiyənin düşmən mövqedə olduğunu nəzərə alsaq, Türkiyəyə qarşı yeni bir ittifaqın varlığından söz etmək mümkündür. Sezən Aksu Türk musiqisinin ən əhəmiyyətli sənətkarlarından biri olduğundan, onun üzərindən belə bir oyun həyata keçirmək istəyə bilərlər".
 
 
Nihat HÜSEYNZADƏ

XƏBƏR LENTİ