Şeyx Əbdül: Teatrımızı Elməddindən xilas edək - Video

Şeyx Əbdül: Teatrımızı Elməddindən xilas edək - Video

Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan kinosunu, teatrını xilas etmək lazımdır.

Sfera.az xəbər verir ki, bu sözləri ARB TV-nin "Səhər-səhər” proqramına qonaq olan aktyor, rejissor Şeyx Əbdül Mahmudov söyləyib.

"Elməddin xeyirxah oğlandır getsin menecerlik eləsin. Bunu mən deyirəm, Şeyx Əbdül Mahmudov deyir. Tamaşaçını o günə biz gətirmişik ki, onlara baxır. Tamaşaçıya alternativ sənət əsəri göstərsək ona baxmaz. Cavanlara həmişə yaşıl işıq yandırmalıyıq. Şərait olmasa içindən yaxşısını, pisini seçə bilməyəcəyik. Amma 2 şərt olmalıdır. Birincisi yüksək səviyyədə peşəkarlıq formalaşmalıdır, ikincisi də ciddi nəzarət ortaya qoyulmalıdır. Yoxsa istedadlı bir gənc utancaqlıqdan çəkilir qalır qıraqda. Vaxtı ilə Alim Qasımovun gecə-gündüz tökülmüşdülər üstünə. İndi bütün dünya Alim Qasımovla fəxr edir. Elməddinin özünə də demişəm. Demişəm ki, oğul, sən Gəncə teatrından keçmisən. Teatrın ən yaxşı vaxtında Elməddin yaradıcı heyətinin içində olub. Sadəcə olaraq bu adam aktyorluq üçün, kino sənəti üçün yarayan adam deyil. Bu adama bu istedad verilməyib. Onun çox yaxşı təşkilatçılıq qabiliyyəti var. O sahədə onun gördüyü işlər əvəzsizdi. Bu işlə də davam etsin”- Ə.Mahmudov bildirib.


OXŞAR XƏBƏRLƏR

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

“Yarımçıq tikililər narahatlıq yaradır”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev ...

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Stavropol diyarında qəzaya uğrayıb.   Sfera.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qəzaya uğray...