\"Səyahətə çıxan şəxslərdən 48 saat müddətinə test nəticəsi tələb etmək mənasızdır\" - İnfeksionistdən AÇIQLAMA
17:26 / 12.07.2021
980
Xarici ölkəyə səyahət etməmişdən əvvəl sərnişinlərdən 48
saat öncə verilən koronavirus testinin nəticələri tələb
olunur. Türkiyədə bizdən fərqli olaraq bu müddət 72 saatdır.
Etibarlılıq müddətinin iki gün olmasından isə əksər
sərnişlər narazıdır və müddətin artırılmasını tələb edirlər.
Maraqlıdır, testin etibarlılıq müddəti nə üçün 48
saatdır? Bu rəqəmi artırmaq olarmı?
Məsələ ilə bağlı Sfera.az-a danışan infeksionist İlham
Bayramov test nəticələri üçün verilən zamanın yetərli olmadığını bildirib. İnfeksionist
2 gün ərzində yoluxan şəxsin testinin nəticəsinin mənfi də ola biləcəyini qeyd
edib:
"Virusun bədəndə inqubasiya dövrü iki həftədir.
Bu baxımdan testin etibarlılıq müddətinin iki yaxud üç gün olmasının heç bir mənası
yoxdur. Yəni əgər koronavirusa yoluxmuşuqsa nəticə 2 gündən sonra özünü biruzə
verir. Bu baxımdan testin etibarlılıq müddətinin iki gün olması doğru deyil.
Bundan əlavə onu da deyim ki, elə adam olur ki, koronavirusa yoluxsa da test nəticəsi
mənfi olur. Yəni virusa yoluxduqdan bir-iki gün keçdikdə test versək, nəticə
pozitiv olmaya bilər".
Həkimin sözlərinə görə, testin etibarlılıq müddəti
14 günədək uzadıla bilər:
Əzizə Zeynal
Sfera.az