“Sevilya bərbəri” Bakıda

“Sevilya bərbəri” Bakıda

Mayın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni əməkdaşlıq proqramı çərçivəsində Coakkino Rossininin"Sevilya bərbəri” operasının tamaşası baş tutacaq.

 

 

Sfera.az xəbər verir ki, tamaşada azərbaycanlı opera ustaları ilə yanaşı, italiyalı sənətkarlar da iştirak edəcək.

 

Operada aparıcı partiyalardan birini - Fiqaro partiyasını tanınmış italiyalı bariton Daniele Kaputo ifa edəcək. D.Kaputonun vaxtaşırı Avropanın qabaqcıl teatr və konsert salonlarında böyük uğurla çıxış edir.

 

Tamaşanın dirijoru isə italiyalı dirijor Alessandro Kalkanenedir. O Avropa, ABŞ, Cənubi Koreyanın bir çox tanınmış simfonik orkestrləri ilə birgə çıxışlar etmişdir. Hazırda Milanın "Cantelli" orkestrinin baş dirijoru və İtaliyanın mötəbər musiqi festivalı "Milano: 5 Giornateperla Nuova Musica"nın bədii rəhbəridir.


"Sevilya bərbəri" operasının tamaşasında Azərbaycanın opera sənətini Teatrımızın solistləri - Xalq artisti Əli Əsgərov (Bazilio), Əməkdar artistlər İnarə Babayeva (Rozina), Fərid Əliyev (qraf Almaviva), Əkrəm Poladov (doktor Bartolo) və gənc vokalçı Nina Makarova (Berta) təmsil edəcək.

 

Sfera.az


OXŞAR XƏBƏRLƏR