Sevil-Sevinc bacılarından yeni klip - "Dərdin nədir?"
Sfera.az xəbər verir ki, "Dərdin nədir?” adlı mahnısının təqdimatını keçirən bacıların klipi media nümayəndələri tərəfindən maraqla qarşılanıb. Klipdə şou-biznes nümayəndələrinin məşhur simaları Vasif Əzimov, Asya Atakişiyeva və Nərgiz Əliyeva iştirak edib. Klipi digərlərindən fərqləndirən əsas cəhət bacıların özlərinin yer almamasıdır.
Bacılar təqdimat mərasimində çəkilən klip haqqında jurnalistlərə məlumat verib:
"Klipin mövzusu xəyanətdir. Bizdə kişilərin xəyanəti daha çox və açıq şəkildə olduğu üçün belə bir layihə ortaya qoyduq. Məhz bu səbəbdən də klipdə izləyicilərə Azərbaycan qadınının çəkdiyi əziyyətləri çatdırmaq istəmişik. ”
Mahnının bəstəkarı və sözlərinin müəllifi, müğənni Vasif Əzimov da klip haqqında öz fikirlərini bildirib:
"Sözləri yazarkən xəyanət mövzusu olacağını düşünməmişdim. Bir reallıqda var ki, biz şairlər mövzumuzu seçmirik, ürəyimizdən keçənləri yazırıq”.
Nihat HÜSEYNZADƏ