Sevil Əliyeva "Azadlıq" qəzetinə sərt cavab verdi: "Ayıb olsun!"

Sevil Əliyeva "Azadlıq" qəzetinə sərt cavab verdi: "Ayıb olsun!"

“Öz evimə gələ bilmərəm? Bu nə uydurma və səviyyəsizlikdir?”

Mərhum prezident Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıdadır. Bu haqda mətbuatda məlumatlar verilib və onun ilkin açıqlaması dərc edilib. 
Sevil Əliyeva özü Haqqin.az-a açıqlamasında bildirmişdi ki, azad insan və turist kimi Bakıya gəlib: “Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı”.
Ancaq “Azadlıq” qəzeti Sevil Əliyevanın Bakıya gəlişinin səbəbləri barədə digər iddialar yazıb. Qəzet iddia edib ki, xeyli müddətdir Londonda yaşayan Sevil Əliyevanın Azərbaycana qəfil gəlişi mərhum əmisi Aqil Əliyevin oğlu İlqar Əliyevlə bağlı yaranmış hansısa problemlərlə əlaqəli olub : “Məlumat üçün deyək ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə İlqar Əliyevin sahibi olduğu dərman satışı ilə məşğul olun “Riad Farm” şirkətinin hüquqi sahibi Həsən Şərifovla icraçı direktoru Aqil Quliyev həbs olunub. Onlar Beynəlxalq Bankdan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İddialara görə, İlqar Əliyev bu məsələ ilə bağlı əmisi oğlu olan ölkə başçısı İlham Əliyevin qəbuluna gedib. Lakin ölkə başçısı onu qəbul etməyib. Bundan başqa, məlumata görə, İlqar Əliyevdən Baş Prokurorluqda tutduğu vəzifədən istefa verməsi barədə ərizə alınıb. Bildirilir ki, Sevil Əliyeva məhz bu məsələləri yoluna qoymaq üçün Bakıya gəlib”.
Bu iddialarla bağlı Sevil Əliyeva yenidən açıqlama verib. O, Haqqin.az-ın bununla bağlı müraciətinə çox sərt reaksiya verib: “İlk növbədə demək istəyirəm ki, sizə ayıb deyilmi? Yəni, mənim doğma şəhərimə gəlmək haqqım yoxdur? Öz evimə gələ bilmərəm? Bu nə uydurma və səviyyəsizlikdir? Axı mən artıq dedim ki, bura azad bir insan kimi gəlmişəm. Qohumlarım və dostlarım ilə görüşürəm. Valideynlərimin məzarını ziyarət etmişəm. Bax, indi də mən oğlumla birlikdə evdəyəm. Əmiqızı Fəxriyyə Xələfova və onun oğlu Məhəmməd bizə qonaq gəlib, oturub birlikdə çay içirik“.
Daha sonra S. Əliyeva yayılan məlumata münasibət bildirib: “O ki qaldı mənim əmim oğlu İlqar Əliyevə, bununla bağlı onu demək istəyirəm ki, mən sonuncu dəfə institutda oxuyanda onu görmüşəm. Bu nə axmaqlıdır, siz nə danışırsız?! Ümumiyyətlə, mən nə bu oliqarxlarla bağlı, nə onların kreditləri haqqında, nə də digər qalmaqallarla bağlı heç nə bilmirəm. “Oliqarx”, “məmur”, “vəzifə” – bunlar mənim ruhuna yad olan sözlərdir. Hətta atam prezident olduğu vaxtlarda belə mən nə nazirlər, nə də məmurlarla heç vaxt görüşməzdim. Dövlət işlərinə heç vaxt qarışmamışam. Mənə yaxın insanlar, dostlar bunu yaxşı bilirlər. Mənim anam da belə idi”.
Sonda Sevil Əliyeva jurnalistlərdən onun adını bu cür qalmaqallara qarışdırmamağı xahiş edib: “Mənim adımı müxtəlif intriqalara və siyasi spekulyasiyalara cəlb etmək, qarışdırmaq lazım deyil. Hamınızdan bunu xahiş edirəm!”.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...