Sevgilisinin oğlu tərəfindən öldürülən azərbaycanlı məşhurlar — Döyülənlər, bıçaqlananlar -SİYAHI

Sevgilisinin oğlu tərəfindən öldürülən azərbaycanlı məşhurlar — Döyülənlər, bıçaqlananlar -SİYAHI
Xəbər verdiyimiz kimi, Bakının Pirallahı rayonunda 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb. Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib.

Sfera.az bıçaqlanan məşhurların siyahısını təqdim edir:

-2010-cu ildə Xalq artisti Faiq Ağayev, mühafizəçiləri Ramin Bayramov və Azər Musayev naməlum şəxslər tərəfindən bıçaqlanıb. Qeyd edək ki, xalq artistinə 6 bıçaq zərbəsi vurulmuşdu.

-2011-ci ildə Azərbaycanı "Eurovision"-da təmsil edən müğənni Samir Cavadzadə dostu Elvin Hüseynovu bıçaqlayıb. Qeyd edək ki, bıçaqlanan E.Hüseynov Samir Cavadzadə ilə birgə 2008-ci ildə Azərbaycanı "Eurovision"-da təmsil edən Elnur Hüseynovun qardaşıdır.

-2015-ci ildə Azərbaycanlı müğənni Vüqar Muradov Rusiyanın paytaxtı Moskva şəhərində vəhşicəsinə döyülüb. Müğənni Vüqar toy adı ilə Moskvaya dəvət aldığını bildirib. Onu toya dəvət edənlər azərbaycanlılar olub və 1000 dollar beh də alıb. Təyyarədən endikdən sonra hava limanında quldur basqınına məruz qalıb. Müğənninin başına sılah dayayaraq açıq sahəyə aparıblar və soyundurub döyüblər. Vüqar 45 dəqiqə şaxtada, açıq havada yerdə hərəkətsiz vəziyyətdə qalıb.Vuqar Muradov 23 martda Moskvaya yola düşüb. Beh İlkin adlı köməkçisinə verilib.

-Xalq artisti Niyaməddin Musayev 31 il bundan əvvəl Gəncədə konsert verərkən hər kəsin gözü önündə bıçaqlanıb. İddialara görə, sənətçini bıçaqlayan onun fanatlarından olub. Konsert zamanı həmin fanatı N.Musayevə gül verərkən, gül buketinin içindən bıçağı çıxardaraq sənətçinin boğazına və qarın nahiyəsinə zərbələr endirib. Hadisənin hansı səbəbdən baş verdiyi bu günə qədər məlum deyil. Sənətçiyə hadisə ilə bağlı sual verdikdə isə bu barədə danışmaq istəmədiyini bildirir. Qeyd edək ki, həmin vaxt ağır yaralanan sənətçinin vəziyyəti yaxşı olmadığı üçün Moskvaya aparılıb və orada müalicəsini davam etdirib.

-Bıçaqlanib qətlə yetirilən sənətçilərin sırasında tanınmış meyxanaçı Elçin Maştağalı da var. 1994-cü ildə o, yaxın dostu, meyxanaçı Məşədibaba Aydəmirov tərəfindən bıçaqlanaraq, dünyasını dəyişib. Hadisəyə səbəb dostlar arasında baş vermiş mübahisə olub. Elçin Maştağalı xəstəxanaya gec çatdırıldığı üçün çox qan itirərək vəfat edib.

-Gənc xanəndə Samir Mustafayev öldürülüb. Qeyd edək ki, xanəndəni sevgili olduğu qadının oğlu 11-ci sinif şagirdi, 16 yaşlı Aydın Orucov bıçaqlayaraq qətlə yetirib.

-Xanəndə Miryusif Mirizadə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilib. Belə ki, Novruz Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib.

-Məşhur aparıcı Elçin Əlibəyli Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyülüb. (big.az)


OXŞAR XƏBƏRLƏR

Bodrumda yay mövsümü başladı, kirayə qiymətləri sıçradı

Muğlanın məşhur turizm bölgəsi olan Bodrumda yay mövsümünün gəlişi ilə mənzil və villaların kirayə qiymətlərində artım müşahidə olunub. Bodrumda yay turizm mövs...

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı MÜZAKİRƏ EDİLDİ

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaş...

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak edirlər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasi...

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum İMZALANDI

Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.   Qurumdan Sfera.az-a verilən məlumata görə, sənədi AVF-nin prezidenti...

Blinkenin Çin səfərindən GÖZLƏNTİLƏR: XİN başçısı ilə nələr müzakirə ediləcək?

ABŞ dövlət katibi Antoni Blinken rəsmi səfər çərçivəsində Çinin şərqindəki Şanxaya gəlib.   Sfera.az bildirir ki, o, sabah paytaxt Pekində Çinin xari...

Misir sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışladı

Misir Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasına dair əldə edilmiş razılaşmanı alqışlayıb. Sfera.az xarici mediaya ...