Sevgilisini öldürən oğlanla bağlı - DİN-dən açıqlama
07:27 / 30.10.2015
1149
Daxili İşlər Nazirliyi dünən küçənin ortasında sevdiyi qızı ürəyindən bıçaqlayıb öldürən gənc haqda açıqlama yayıb.
Sfera.az-ın verdiyi xəbərə görə, oktyabrın 29-da paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini İlahə Yusubovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Hadisəni qısqanclıq zəminində törətmiş paytaxt sakini Babək Əliyev könüllü olaraq Sabunçu RPİ 14-cü PB-yə gələrək istintaqa təslim olub.
Araşdırmalar aparılır.