Sevgilisinə görə özünü qatar relslərinin üstünə atdı və... - BAKIDA (TƏFƏRRÜAT)

Sevgilisinə görə özünü qatar relslərinin üstünə atdı və... - BAKIDA (TƏFƏRRÜAT)

Dünən gecə saatlarında Bakı metrosunun "Koroğlu” stansiyasında relslərin üzərinə düşərək tunelə doğru hərəkət edən şəxslə bağlı araşdırma aparılır.

Məlumatına görə, polis tərəfindən saxlanılaraq Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılan 22 yaşlı Samir Aslanov barəsində İnzibati Xətalar Məcəlləsinin 306-cı (metropolitendən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib və o cərimələnib.

Bildirilir ki, Bakı şəhəri Keşlə qəsəbəsində yerləşən zavodda fəhlə işləyən S.Aslanovun son vaxtlar sevdiyi qızla bağlı problemi olub və depressiyaya düşən gənc metronun tunelində gəzərək fikrini dağıtmaq istəyib.(Lent.az)


OXŞAR XƏBƏRLƏR