Sevgilisi məşhur modeli koronavirusa yoluxdurdu - FOTO

Sevgilisi məşhur modeli koronavirusa yoluxdurdu - FOTO

Parisdə yaşayan məşhur avstraliyalı model İnten Klement koronavirusa yoluxub.

Bu barədə "Daily Star” məlumat yayıb.

Qadının sözlərinə görə, əvvəlcə sevgilisi bu virusa yoluxub. Lakin başqa simptomlar olmadığından model bunun, sadəcə, soyuqdəymə olduğunu düşünüb.

Fransa Prezidenti Emmanuel Makronun milli karantin elan etməsindən bir gün əvvəl dostları ilə istirahət mərkəzlərinin birinə xizək sürməyə gedən model orada özünü pis hiss edib, nəfəs almağı çətinləşib. Lakin qadın buna da fikir verməyib.

Növbəti gün o, dostları ilə birlikdə Parisə qayıdan zaman yol boyu öskürüb.

Martın 20-də o, həkimin qəbuluna yazılıb. Məlum olub ki, Klement koronavirusa yoluxub. Həmin gündən etibarən qadın təcrid vəziyyətində xəstəxanada yatır.

Model bildirib ki, heç bir zaman COVID-19-u ciddi qəbul etməyib və bu infeksiyaya yoluxa biləcəyini düşünməyib.

O, gənclərə müraciət edərək, koronavirusun qarşısının alınması üçün tələb olunan təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...