Sevgilisi ilə dalaşıb burnunu dişlədi və yedi - FOTO

Sevgilisi ilə dalaşıb burnunu dişlədi və yedi - FOTO

Qısqanc oğlan sevgilisinin burnunu dişləyərək qoparıb. Dəhşətli hadisə Kanadanın Toronto şəhərində baş verib.

Bu barədə "The Sun” xəbər yayıb.

Məlumata görə, Nik Qrevel 24 yaşlı sevgilisi Ellison Danilkonu hamam otağına salaraq, ona hücum edib.

 

Cütlük Yeni ili qeyd edirmiş. Bir müddətdən sonra onlar arasında qısqanclıq zəminində münaqişə yaşanıb. Qrevel sevgilisinin Kosta-Rikaya səfər etməsini istəməyib.

"Məni divara sıxdı, qışqırırdım, ancaq o buraxmırdı, sonra isə burnumu dişləyib qopardı”, - deyə zərərçəkən danışıb.

Elisson onun əlindən zorla xilas olaraq qonşulara sığınıb. Sonra qız qan içində xəstəxanaya aparılıb.

Polislər qoparılmış burunu tapa bilməyiblər.

"O, ya onu yeyib, ya da unitaza atıb”, - deyə qız bəyan edib.

Hazırda qızı burnunun bərpası üçün rekonstruktiv plastik əməliyyat gözləyir.

Nik Qrevelə qarşı isə cinayət işi qaldırılıb. (oxu.az)

 


OXŞAR XƏBƏRLƏR