\"Sevgilim həbs olundu və biz ayrıldıq\" - RƏQQASƏ AYGÜNÜN İLGİNC HƏYATI - FOTOLAR

\
 "Yad kişi əli niyə bədənimə toxunsun ki?! "
 

Müsahibim rəqqasə Aygündür. Rəfiqələri, tanışları ona Ayka desələr də, şou-biznesdə adını dəyişmək və ya fərqli adla təqdim olunmaq istəmir. İlk ilanla , qanadlarla mən rəqs etmişəm deyir. Özünə rəqib görmür. Əsl rəqs görmək istəyən məni izləsin deyir. Müsahibə Xəbərçi.az-a aiddir. 

- Aygün xanım, olduğunuz yerdən məmnunsunuzmu?

- Çox mənnunam. Amma bundan da yaxşı yerə laiqəm. Zamanla o da olacaq.

- Haradasınız ki?

- Laiq olduğum pillədə ... Allahın mənə rəva gördüyü yerdə. Rəqqasəyəm, və  öz işimi çox sevirəm.

- Ayaqlarınız yerdən üzülməyib ki?

- Qətiyyən... Özümü idarə etməyi çox gözəl bacarıram.

- Deməli, hislərə tabe olmursunuz.

- Olmuram. Ağlımla hərəkət edirəm.

- İndiyə qədər kimlərin başını gicəlləndirmisiniz?

- Çoxlarının. (gülür-red)

- Bəs kimin ürəyini bulandırmısınız?

- Heç kimin. Bu cür gözəl qadın heç ürək bulandırar?!

- Bəs sizin ürəyinizi bulandıran kimlərdir?

- Yalan danışanlar, artıq-əskik danışanlar. Amma mən düşünürəm ki, o insanların ağılları yaxş inkişaf etməyib .

- Hansı rəqqasələri bəyənmirsiniz?

- Çoxlarını kölgədə qoyaram. Sözümün arxasında da dayanıram.

- O dediyiniz çoxluğun içərisindəki "azlıq”la rəqabətə girə bilməzsiniz?

- Onlar artıq sözünü demiş insanlardır. Onlarla işim yoxdur. Rəqs ürək döyüntüsü kimi bir şeydir. Qəlblərə yol tapa bilməyən rəqqasə ola bilməz.

- Ailəlisiniz?

- Ailəli olmuşam. İki övladım var.

- Bəs niyə boşandınız?

- Bilirsinizmi, gözəl qadın içərisi pulla dolu çamadan kimidir. Onu nə yerə qoymaq olmur, nə də özünlə gəzdirmək. Bu sualın cavabın belə verməyi üstün tuturam.

- Yoldaşınız sizə xəyanət edibmi?

- Heç vaxt belə bir şey olmayıb. Mən həmişə sevilən qadın olmuşam. Sadəcə olaraq, dost kimi ayrılmışıq.

- İndi həmin insanla görüşürsünüzmü?

- Bəli, əlbəttə.

- Bax, həmin görüşlər zamanı aranızda əvvəlki kimi intim hislər baş qaldırırmı?

- Kişiyə qadının bir yerdə olması onsuz da bir qığılcımdı. Aramızda heç nə olmasa da, baxışlardan nəyisə sezmək olur.

- Masanın üzərinə çıxıb rəqs etmisiniz?

- Etmişəm. Bu işə pis baxmıram. Əgər bir işi edirsənsə, axıra kimi etməlisən.

- Sizi masanın üzrərinə pul ilə çıxardıblar?

- Pulu stolun üstünə səpiblər, mən çıxıb oynayıb götürmüşəm. Tək mənim üçün belə etməyiblər ki... Çox rəqqasələr üçün bunu ediblər.

- Gözünüzlə görmüsünüz?

- Əlbəttə, amma adını çəkmək istəmirəm.

- Rəqs edərkən sizə uzadılan pulu alıb haranıza qoyursunuz?

- Mən həmişə pulu əlimə götürürəm. İcazə vermirəm ki, kimsə sinəmə pul qoysun.

- Niyə?

- Yad kişi əli niyə bədənimə toxunsun ki?!

- Amma nəzərə alaq ki, yad baxışlar sizin üzərinizdə rahatlıqla gəzir...

- Bunda bir problem görmürəm. Gözlər gözəllik görməlidir.

- İlanla oynayanlar var ...

- Mən də oynayıram. On il bundan qabaq mən ilanla oynayanda heç kim bunu etmirdi.

- Bəs rəqqasə Renka deyir ki, bunu ən birinci mən etmişəm?

- Renka özü üçün çox şey deyə bilər. O, məni yaxşı tanıyır. O çox gözəl bilir ki, ilk dəfə mən qanadlarla, ilanlarla  oynamışam.

- Təsir əks təsirə bərabərdir. Təsirə saldığınızı bilirəm.  Bəs təsirə necə, düşürsünüzmü?

- Baxışlardan təsirə düşə bilərəm.

- Hansı baxışlar sizi narahat edir?

- Bəzən xanımların, kişilərin mənə qeyri-adi baxmaqları məni narahat edir. Əslində ürəklərində düşünürlər ki, gözəl xanımam, gözəl rəqqasəyəm. Amma nədənsə paxıllıq bunu qəbul etəməyə imkan vermir.

- Sizin özünüzdə qadın qısqanclığı var?

- Heç vaxt qadınları qısqanmıram. Heç bir qadının gözündən bir damcı yaş axmasını istəmirəm.

- Atdığınız "ox” hədəfdən yan keçibmi?

- Heç vaxt belə bir şey olmayıb. Hədəfi həmişə düz vurmuşam.

- Şübhəyə tez-tez düşürsünüz?

- Deyərdim ki, yox. Çünki altıncı hissim çox güclüdür.

- Sizə 100 min manat təklif edən kim idi?

- Vəzifəli şəxslərdən biri idi.

- Qəbul etmədiniz?

- Əlbəttə, yox. Çünki mən pulnan satılan qadın deyiləm. Yalnız sevdiyim kişi ilə bir yerdə olaram.

- Görmək istədiyiniz, amma görə bilmədiyiniz nədir?

- Özümü zirvələrdə görmək istəyirəm və inanıram ki, bu, məndə alınacaq.

- İndi həyatınızda kimsə varmı?

- İndi ancaq sənətimi sevirəm.

- Gözünüzdən nə düşüb?

- Sevdiyim insan !

- Həyat yoldaşınız?

- Xeyr, ondan sonra birini sevirdim, amma bədbəxt bir hadisə nəticəsində ayrıldıq.

- Nə idi o bədbəxt hadisə?

- O adam vurdu və  həbs olundu.

- Əliniz ətəyinizdə çox qalıb?

- Kimə əl uzatmışamsa, tutublar. Geri çevirməyiblər.

- Daha çox hansı növ rəqsləri sevirsiniz?

- Milli rəqslərimizi çox sevirəm və ən çox da milli rəqs oynayıram.

- Aygün xanım, haradan hara gəldiniz?

- Çox əziyyətlər çəkdim bu yerə gələnə qədər. Maddi və mənəvi əziyyətlər.

- Kimə dağ çəkmisiniz?

- Sevdiyim insana. Ürəyimi yandıranın ürəyini yandırmışam.

- Davamlı sevirsinizmi?

- Bəli, istədiyim normal kişini tapana qədər sevə bilərəm.

- Normal nəyə deyirsiniz?

- Məni çox sıxmayan, daxilən azad yaşamağa icazə verən bir insan axtarıram. Sərbəstlik istəyirəm.

- Nədən qorxurdunuz ki, o da başınıza gəldi?

- Tək qalmaqdan qorxurdum, o da oldu.

- İndi nə istəyirsiniz?

- Sevmək və sevilmək.

- Daha çox sevilmisiniz, yoxsa sevmisiniz?

- Sevilmişəm. Mən də sevmişəm, amma məni sevənlər qədər yox.

- Qısaqancsınızmı?

- Bəli, sevirəmsə, qısqanmalıyam.

- Amma deyirlər ki, qısqanclıq zəiflik əlamətidir...

- Mən bu fikirlə razı deyiləm.

- Nəyi əldən vermək istəmirsiniz?

- Mənim olan heç nəyi əldən vermək istəmirəm.

- Sizin olacaq nə olmalı idi, lakin olmadı?

- Mən çox şükür edirəm ki, indi istədiyim hər şey var.

- Ailəyə görə sənəti atarsınızmı?

- Sözün düzü, indi belə qənaətdəyəm ki, yox. Amma ola bilər ki, gələcəkdə fikrim dəyişsin.

- İpin ucunu dartdıqca hara gedir?

- Elə olur ki, dartdıqca pisə, elə də olur ki, yaxşıya doğru gedir. Ona görə də, yerində qalsa, yaxşıdır.

- Özünüzü cilovlaya bilirsiniz?

- Bunu yaxşı bacarıram.

- Sizi şərabdan savayı nə məst edə bilər?

- Gözəl sözlər.

- Surətpərəstsiniz?

- Özü də çox (gülür).

- Sonuncu dəfə kim və harada qulağına nə pıçıldayıb ki, cingiltisi hələ də qulağından getmir?

- Bir dəfə bir məclisdə idim. Biri mənə yaxınlaşıb qulağıma dedi ki, çox şahanə bir qadınsan ... Sevdim o sözləri.

- Rəqqasəlikdən savayı bir qazanc yeriniz var?

- Biznesim yoxdur, işimə biznes kimi baxıram.

- Mən bilirdim... ardını siz tamamlayın.

- Mən bilirdim, yaxşı bilirdim ki, bu sənətə yenidən qayıdacağam...

Sfera.az


OXŞAR XƏBƏRLƏR

DİN vətəndaşlara MÜRACİƏT ETDİ: "İşıqforlar işləməsə..." 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.   Sfera.az-ın məlumatına görə, qurum xatırladıb ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində...

Baydendən MARAQLI AÇIQLAMA: "Əmimi adamyeyənlər yeyib"

ABŞ Prezidenti Co Bayden İkinci Dünya Müharibəsi zamanı Yeni Qvineya yaxınlığında təyyarə qəzasında həlak olan əmisi Ambrose Finneqanın cəsədinin adamyeyənlərə ...

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazandığı ilk oyundan danışıb.   Sfera.az ...

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Dünyaca məşhur müğənni Rihanna imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, bu barədə fotolar "People" saytında dərc olunub. ...

Rusiyalı ekspert: "Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"

“Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı mü...

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.   Bu barədə Sfera.az-a onun vəkili...