Seulda Azərbaycan gecəsi

Seulda Azərbaycan gecəsi

Heydər Əliyev Fondunun dəstəyi ilə Seulda keçirilən Beynəlxalq Memarlar İttifaqının konqresində Azərbaycan da təmsil olunub.

Sfera.az xəbər verir ki, bu barədə məlumat Heydər Əliyev Fondunun rəsmi İnstaqram hesabında paylaşılıb. "Bakı Şərq və Qərb memarlığının kəsişməsində” adlı guşə və pavilyon fəaliyyət göstərib.

Guşə və pavilyonda Azərbaycan tarixini, ədəbiyyatını, turizm imkanlarını, mədəniyyətini, incəsənətini, memarlığını təbliğ edən vəsaitlər, o cümlədən Bakının tarixi və müasir mümarlıq abidələrinin maketləri nümayiş olunub.

Konqres çərçivəsində, həmçinin, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Memarlar İttifaqı və Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən "Azərbaycan gecəsi” təşkil edilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR