Maraqlı
Dünya

“Səudiyyəlilər evimin qarşısına bir çanta dolu ləl-cavahirat qoydular” – Obamanın məmuru

“Səudiyyəlilər evimin qarşısına bir çanta dolu ləl-cavahirat qoydular” – Obamanın məmuru
ABŞ prezidenti Barak Obamanın çıxış nitqlərini yazan milli təhlükəsizlik müşaviri Ben Rods ərsəyə gətirdiyi kitabda 2009-cu ildə başına gələn hadisəni qələmə alıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Rods evinin qarşısında ləl-cavahirat dolu çanta aşkarladığını, bunu səudiyyəlilərin etdiyini bildirir. Obama bu hədiyyələri Qahirədə müsəlmanlar üçün edəcəyi nitq üçün rüşvət zənn edib. Ancaq hadisənin bununla əlaqəli olmadığı ortaya çıxıb. Çünki səudiyyəlilər bu hədiyyələri başqa günlərdə də verməyə davam ediblər.

"Hamımız ləl-cavahirat dolu çantalar aldıq. Hamısını dövlət protokolu idarələrinə verdik. Hədiyyələri satın almaq seçimimiz də vardı, amma on minlərlə dollar qiyməti olduğunu fikirləşəndə heç kimin bunu etməyəcəyinə inanıram” – Rods belə deyib.
 
Rəsul
Sfera.az


AdRiver

XƏBƏR LENTİ