Səudiyyə qadın hüquqları videosu izlənmə rekordları qırır-VİDEO

Səudiyyə qadın hüquqları videosu izlənmə rekordları qırır-VİDEO

Ötən ilin avqustunda İstanbulda məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevi ("Rövşən Lənkəranski”) güllələyən killerlərdən biri İŞİD üzvü olub.

Sfera.az xəbər verir ki, bu barədə "Sputnik” agentliyi "kriminal dairələrdəki mənbəyə” istinadən bildirir. Mənbə təsdiq edir ki, "Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılov həqiqətən öz çevrəsində "Lənkəranskini o dünyaya göndərdiyi” barədə danışıb. Və bunu yaxın dostu, Moskvanın göyərti kralı kimi tanınan Cambulat Şamiloğlunun Lənkəranskinin əmri ilə öldürülməsinə görə edib.

Lakin Lənkəranskinin yaxın çevrəsindəki mənbələr onun Şamiloğlunun ölümündə əli olmadığını deyirlər. Onu da deyirlər ki, "Rəşad Gəncinski” Lənkəranskinin öldürülməsini sifariş edən yeganə kriminal avtoritet deyil. Bu işdə "Piter Elçin” kimi tanınan və bu günlərdə qardaşı Masallıda güllələnən kriminal avtoritetin, o cümlədən "Lotu Quli”nin də əli var.

Maraqlıdır ki, "Piter Elçin” Əfqanıstanda xidmət edib, qondarma "Talış-Muğan respublikası” yarananda onun rəhbəri Ələkrəm Hümbətovun mühafizəçisi olub.

Məlumata görə Türkiyə hüquq-mühafizə orqanları Lənkəranskinin güllələnməsi işinin təhqiqatında müəyyən yeni detallar əldə ediblər. Belə ki, killerlərin kimlikləri məlumdur, lakin onlar çoxdan Türkiyəni tərk ediblər və yaxalanmaları mümkün deyil. Videomüşahidə kameralarının görüntülərinə əsasən Lənkəranskini güllələyənlər 4 nəfər olublar. Onları azərbaycanlılar və çeçenlərdir. Son məlumata görə killerlərdən biri İŞİD terror qruplaşmasının üzvü olub. Lakin o, Lənkəranskiyə heç də ideoloji səbəblərdən atəş açmayıb. Peşəkar döyüşçü olan həmin killer sanballı pul qazanmaq üçün bunu edib.

Qeyd edək ki, son vaxtlar "Sputnik” agentliyi vaxtaşırı olaraq kriminal dairələrdə gedən çəkişmələr və baş verən hadisələr barədə detallı məlumatlar dərc edir.



OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...