SƏUDİYYƏ ƏRƏBİSTANININ VƏLİƏHD-ŞAHZADƏSİ ÖLDÜRÜLÜB –İranın nüfuzlu qəzetindən sensasion iddia

SƏUDİYYƏ ƏRƏBİSTANININ VƏLİƏHD-ŞAHZADƏSİ ÖLDÜRÜLÜB –İranın nüfuzlu qəzetindən sensasion iddia
Vəliəhd-şahzadə Məhəmməd bin Salmanın, təxminən, 30 gündür üzə çıxmamasının təbii olmadığına dair çoxsaylı sübutlar mövcuddur və Riyaddakı Sarayda baş vermiş atışmaya istinadlar bu iddianı gücləndirir.

1. Şənbə günü, 21 aprel 2018-ci il tarixində informasiya agentlikləri Riyaddakı çevriliş cəhdi barədə məlumat yayıb. Hadisə yerindən çəkilmiş qısa videolar və fotolarda əl-Səud Sarayı ətrafında tank və zirehli texnika, kral qvardiyası ilə şəxsiyyəti naməlum silahlı qrup arasında atışma əks olunub. Toqquşma bir neçə saat davam edib. İnsidentdən sonra (həmin günün səhəri) Səudiyyə Ərəbistanının rəsmiləri bildiriblər ki, oyuncaq kimi istifadə edilən "Pelişad” növlü bir dron Sarayın üzərində peyda olub və hava müdafiəsi sistemi vasitəsilə məhv edilib. Lakin rəsmilər ağır silahlarla bir neçə saat aparılan atışma və tank, habelə zirehli texnikanın oyuncaq PUA ilə əlaqəsinə məntiqli izah gətirə bilməyiblər. Bu, nə qəribə izahdır?!

2. Məhəmməd Bin Salman kütləvi informasiya vasitələrində mütəmadi işıqlandırılan şəxs sayılır. Xəbər lentlərində barəsində məlumatlar, müsahibələr və yaxud fotosu ilə müşayiət olunan şərhlər, demək olar ki, hər gün peyda olurdu. Lakin indi, təxminən, 30 günlük yoxluq… daima hansısa səfər və ya açılış mərasiminə iştiraka vəliəhdin hazırkı etinasızlığı təsadüfi sayıla bilməz!

3. Məhəmməd Bin Naif əl-Səud xanədanının rəsmi vəliəhdi idi, o, Birləşmiş Ştatlar və əmisinin səyləri ilə varislikdən uzaqlaşdırıldıqdan sonrta Sarayda həbs altında saxlanılırdı və o gündən barəsində heç bir məlumat yox idi. Amma bu yaxınlarda Bin Naif qəfildən "Twetter” səhifəsində Məhəmməd Bin Salmanın siyasətini kəskin qınayıb və onun əl-Səud xanədanının çoxillik hakimiyyətinin təməlini dağıtdığını vurğulayıb. O cümlədən yazıb:

«Səudiyyə Ərəbistanında Yəmənin 100 milyard dollar investisiyası var və sərmayədarların əksəriyyəti Bin Salmanın siyasəti ucbatından ölkəni tərk etməyə və aktivlərini başqa dövlətlərə yatırmağa çalışırlar. Bundan başqa, Səudiyyə Ərəbistanının investisiya indeksi aşağı düşüb. İnsanlara verilən zülm və sitəm, ölkənin identikliyini dəyişmə cəhdi həm dövlət, həm də siyasi sistemə birbaşa təhdiddir… Məscidül-Əqsanın istər siyasi, istərsə dini, istərsə də vicdani sarıdan əhəmiyyəti Məscidül-Hərameynül-Şərifeyndən (Məkkədə və Mədinədəki məscidlər nəzərdə tutulur – tərc.) heç də az deyil. Bu vaxta qədər ərəb-İslam dünyasının heç bir hökmdarı və ya şahzadəsi Qüds və Məscidül-Əqsanın şərəfini daimi iqtidarı müqabilində bada verməyib, amma Bin Salman və məiyyəti buna qol qoyublar. Hamılıqla bilməliyik ki, Qüds – Fələstinin əbədi paytaxtıdır”.

İqamətgahından kənara çıxa bilməyən Bin Naifin uzun müddət ətraf dünya ilə heç bir əlaqəsi olmayıb, buna görə də şahzadənin qəfil bəyanatı və Məhəmməd Bin Salmana – rəqiblərinə qarşı çox amansız olan qəddar bir şəxsə birbaşa şifahi həmləsi qəribə görünür.

Beləliklə, şahzadə Bin Naifin "tvit”i yalnız onun ev dustaqlığından qurtulması yox, həm də Məhəmməd Bin Salmanın Səudiyyə Ərəbistanında iqtidardan kənarlaşması mənası verə bilər.

4. İki həftə əvvəl Donald Trampın yeni dövlət katibi Mayk Pompeo gözlənilmədən ər-Riyada yola düşüb və informasiya agentlikləri onun dostu Məhəmməd Bin Salmanla görüşdüyünü xəbər veriblər. Lakin adətən olduğu kimi, bu görüşü əks etdirən heç bir foto-video görüntü yayılmayıb! Hətta bəzi xəbər mənbələri bu görüşə şübhə ilə yanaşıb!

5. Qətər Səudiyyə Ərəbistanı ilə münasibətlərində Kecdar və Merisin metodundan istifadə edib və əl-Səud xanədanı ilə əlaqələrin bərpasında Səudiyyə Ərəbistanının, əslində Bin Salmanın heç bir ilkin şərti ilə razılaşmadığını bəyan edib. Rəsmi Dohanın bu qətiyyətli mövqeyi də Bin Salmanın iqtidardan kənarlaşdırılması səbəbi sayıla bilər.

6. Ali Rəhbərin (Xamnəinin – tərc.) bu günlərdə açıqladığı, İranın əlinə keçmiş Trampın Fars körfəz ölkələri rəhbərlərinə ünvanladığı və təlimatlarla dolu gizli məktub da öz məzmunu ilə böyük çaşqınlıq yaradıb! Namənin gizli şəkildə çatdırılması Körfəz ölkələri rəhbərlərinin təəccübünü doğurub. Bunun ardınca Mayk Pompeonun Səudiyyə Ərəbistanına qəfil səfəri baş tutub.

7. Lakin iddiamızın sübutu bölgənin kəşfiyyat xidmətlərindən birindən sızmadır və həmin məlumat hazırda "Keyhan”ın sərəncamındadır.Sözügedən kəşfiyyat xidmətinin ölkəsinin ali rəsmisi üçün hazırladığı hesabatda bildirilir ki, Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi şənbə günü, aprelin 21-də Riyadda baş vermiş toqquşmada ən azı iki güllə yarası alıb və böyük ehtimalla o, həlak olub./"Keyhan” qəzeti (İran)/Tərcümə: Strateq.az
 

OXŞAR XƏBƏRLƏR

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...