Dünya

Səudiyyə Ərəbistanında yeni həbs dalğası

Səudiyyə Ərəbistanında yeni həbs dalğası
Səudiyyə Ərəbistanında xarici təşkilatlarla əlaqədə şübhəli bilinən 7 nəfər həbs edilib.

Bu barədə dövlət təhlükəsizlik xidmətinin əməkdaşı rəsmi açıqlama verib.

Qeyd olunur ki, xarici təşkilatlarla əlaqədə şübhəli bilinən şəxslər, həmçinin bəzi insanları dövlət qurumlarında yüksək vəzifələrə işə düzəltməkdə, Krallıqda sabitliyin pozulması məqsədilə xaricdə yaşayan və hökumətə qarşı düşmən mövqedə olan şəxslərə maliyyə yardımı etməkdə günahlandırılırlar.

Bildirilir ki, bu cür fəaliyyətlə məşgul olan şəxslərin müəyyənləşməsi və lazımi tədbirlərin görülməsi istiqamətində işlər davam etdiriləcək./AZƏRTAC
 

XƏBƏR LENTİ