Dünya

“Səudiyyə Ərəbistanına silah satışından imtina etməyəcəyik” - ABŞ prezidenti

“Səudiyyə Ərəbistanına silah satışından imtina etməyəcəyik” - ABŞ prezidenti
ABŞ prezidenti Donald Tramp səudiyyəli jurnalist Camal Kaşıkçının yoxa çıxması səbəbi ilə Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdırmağa hazır olmadığını bəyan edib.

Sfera.az xəbər verir ki, amerikalı senatorlar Camal Kaşıkçının yoxa çıxması ilə bağlı istintaqın başlaması və günahı təsdiqi tapan şəxslərə qarşı sanksiya tətbiq etməsi üçün Trampa təzyiq edirlər.

Səudiyyə Ərəbistanı isə dünyanın ən böyük silah idxalçılarından biridir və idxalatın çox hissəsi ABŞ-ın payına düşür.

Kaşıkçı ilə baş verənlərin ortaya çıxmasını istədiyini deyən Tramp ancaq silah satışı sayəsində əldə olunan gəlirdən və bunun sayəsində yaranan iş yerlərindən imtina etməyəcəyini bildirib.

"Bu qəbul edilə bilməz. Hərbi təchizata və digər vasitələrə 110 milyard dollar xərcləyirlər ki, bu da yeni iş yerləri yaradır” - Tramp belə deyib.
Tramp müqavilələrin ləğv edilməsi halında səudiyyəlilərin Rusiya və Çindən silah almağa başlayacaqlarını qeyd edib.

Ancaq 22 amerikalı senator Trampa göndərdikləri məktub Camal Kaşıkçı ilə bağlı "Qlobal Maqnitski qanunu” çərçivəsində istintaq aparmasını və məsuliyyət daşıyanlara qarşı sanksiya tətbiq etməsini istəmişdi.
 
Rəsul
Sfera.az


 
AdRiver

XƏBƏR LENTİ