Səudiyyə Ərəbistanı şahzadəsi necə uşaq olub? Səudiyyə taxtının varisinin müəllimi danışır

Səudiyyə Ərəbistanı şahzadəsi necə uşaq olub? Səudiyyə taxtının varisinin müəllimi danışır
Səudiyyə Ərəbistanın varisi, şahzadə Məhəmməd bin Salman əl-Saud faktiki olaraq ölkənin lideridir. Şahzadəni krallığın həyatını dəyişəcək hökmdar adlandırırlar. Onun adı jurnalist Camal Kaşıkçının (Jamal Khashoggi) qətlində hallandırılır.
 
Sfera.az  xəbər verir ki, BBC-nin ərəbcə xidmətinin əməkdaşı Rəşid Sekkay gənc şahzadəyə 1990-cı illərin ortalarında ingilis dilini öyrətməsi barədə danışıb.
 
1996-cı ildə mən Ciddədəki nüfuzlu "Əl-Ancal" məktəbində müəllim işləyirdim. Qəfildən mənə zəng gəldi. Ər-Riyadın qubernatoru şahzadə Salman ibn Abdul Əziz əl-Saud ailəsiylə birgə müvəqqəti olaraq bizim liman şəhərinə köçmüşdü.
Onun uşaqlarına ingilis dili müəllimi lazım idi. Gələcək monarx məktəb administrasiyası ilə əlaqə saxlayıb və tezliklə məni kral sarayına apardılar. Mən krallığın birinci nigahdan olan uşaqlarına - şahzadə Turkiyə, şahzadə Nayefə, şahzadə Xalidə və əlbəttə ki, şahzadə Məhəmmədə ingilis dili dərsi keçməliydim.
 
Mən şəhərin zəngin rayonunda yaşayırdım. Hər səhər saat 7-də sürücü məni evdən götürərək "Əl-Ancal" məktəbinə aparırdı. Dərs bitdikdən sonra isə məni saraya aparırdılar.
 
Çoxlu təhlükəsizlik qapısından keçən avtomobil ideal şəkildə qulluq olunan bağlara sahib təmtəraqlı mülklərin yanından ötüb keçirdi. Bağa ağ uniformada olan şəxslər qulluq edirdilər.
Avtomobilllərin saxlanma yeri isə elit avtomobillərlə dolu idi. Məhz o zaman mən həyatımda ilk dəfə olaraq çəhrayı rəngdə "cadillac" gördüm.
Sarayda məni krallığın idarəçisi, şahzadə Məhəmmədlə yaxın və dost olan orta yaşlı Mansur əl-Şəhri adlı şəxs qarşıladı.
Məhəmmədə mənim dərslərimdə oturmaqdansa sarayın mühafizəsiylə vaxt keçirmək daha maraqlı idi. Uşaqların arasında ən böyük olduğuna görə, o öz istədiyini edə bilərdi. Mən kiçik şahzadələrin diqqətini yalnız Məhəmməd olmayan vaxtı cəlb edə bilirdim.
Yadımdadır ki, o, sinif otağına mühafizəçilərdən götürdüyü ratsiya telefon gətirmişdi. Dərsdə oturan zaman o ratsiya vasitəsiylə qardaşları və mühafizəçilərlə danışırdı. Onlarla zarafatlaşır və arada mənim haqqımda cəsarətli atmacalar da atırdı.
Məhəmmədin atası Salman o zaman Ər-Riyadın qubernatoru idi
 
Hazırda 33 yaşlı şahzadə krallığın baş nazir postunu tutur. O, Səudiyyə taxtının gələcək varisidir. Ötən ildən bu yana faktiki olaraq ölkənin lideri olan Məhəmməd özünü müasir göstərməyə səy göstərir. Dini fundamentalistlərin qarşı çıxmasına baxmayaraq, şahzadə krallığın ehtiyacı olan iqtisadi islahataları və yetərincə mühafizəkar olan ölkədə liberallaşma proqramını həyata keçirməyə başlayıb.
Müşahidəçilər islahatları müsbət qiymətləndirsələr də, şahzadə Məhəmmədi insan haqqlarını pozmaqda - qonşu Yəməndəki sonsuz hərbi əməliyyatlara, Camal Kaşıkçının ölümü və Səudiyyə rəhbərliyinin İstanbuldakı ərəb konsulluğunda onunla bağlı səslənən fikirlərə görə tənqid edirlər.
 
Şahzadə Məhəmməd Səudiyyə Ərəbistanının xarici siyasət arenasındakı fəliyyətinə görə tənqid edilir
Krallıq rəhbərliyi cinayətlə bağlı 11 nəfərə qarşı ittiham irəli sürüb. Lakin krallıq şahzadə Məhəmmədin hansısa şəkildə cinayətdə iştirakını təkzib edir.
 
Bir dəfə şahzadə Məhəmmədin anası, şahzadənin məni "əsl centlmen" hesab etdiyini söyləyərək təəccübləndirmişdi. Mən heç vaxtı şahzadə ilə görüşməmişəm.
Səudiyyə Ərəbistanında kral qanından olan qadınlar tanımadıqları insanın qarşısına çıxmırlar. Sarayda mənim gördüyüm yeganə qadın Filippindən olan tibb bacısı idi.
 
Mən daima müşahidə edildiyimdən xəbərsiz idim. Şahzadə mənə divarlardan asılan daxili müşahidə kamerasını göstərdikdən sonra dərslər zamanı özümü çox narahat hiss edirdim.
 
Mən Məhəmmədlə və onun qohumlarıyla kifayət qədər tez yaxınlaşdım. Baxmayaraq ki, mənim şagirdlərim təmtəraq içində böyüyən şahzadələr idi, onlar özünü adi uşaq kimi aparırdılar. Onlar üçün oxumaq maraqlı idi, lakin oynamaq üçün səbirsəzlənirdilər.
Bir dəfə saray idarəçisi Mansur Əl-Şəhri gələcək kralın mənimlə tanış olmaq istədiyini söylədi. Salman uşaqlarının dərsinin necə getdiyini öyrənmək istəyirdi. Mən fikirləşdim ki, bu Məhəmmədin davranışlarını müzakirə etmək üçün yaxşı imkandır.
Mən saray protokollarıyla bağlı yaxşı məlumatı olan digər müəllimlərlə yanaşı taxt varisinin qəbulunda oturub gözləyirdim. Mən tilsimlənmiş kimi müəllimlərin bir-birinin ardıyca varisə yaxınlaşaraq təzim etdiklərinə,əlini öpdüklərinə, uşaqlara aid məsələləri tez müzakirə edərək kənara çəkildiklərinə baxırdım.
 
Səudiyyə Ərəbistanının ABŞ-dakı hazırkı səfiri şahzadə Xalid ibn Salman da Raşid Sekkaydan ingilis dili dərsi alıb
Mənim növbəm çatan zaman başa düşdüm ki, mən Salmana təzim edə bilməyəcəm. Mən bunu heç vaxt etməmişdim. Qorxu məni tam iflic vəziyyətinə salmamış gələcək kralın əlini tutaraq möhkəm sıxdım. Mən onun üzündəki təəccüblü gülümsəməni xatırlayıram. Lakın taxtın varisi mənim səhvim barədə bir şey demədi.
Mən də öz növbəmdə Məhəmmədin dərslərimdə nə oyundan çıxdığını söyləmədim. Çünki buna qədər artıq mən işdən imtina edərək, Britaniyaya qayıtmaq barədə qərar qəbul etmişdim.
 
Bir qədər sonra əl-Şəhri saray etiketlərini pozduğuma görə məni danladı. Şahzadə Məhəmməddən və həmçinin kralllığın ABŞ-dakı səfiri olan şahzadə Xaliddən savayı mənim şagirdlərimdən heç biri rəsmi vəzifə tutmayıblar.
Bu gün mən keçmiş şagirdimin beynəlxalq arenada necə addımlar atdığını müşahidə edərkən həyatımın maraqlı epizodunu xatırlayıram.


OXŞAR XƏBƏRLƏR