“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı

“Səs eşidən kimi siçovul yuvalarına girirlər” - Prezident dronlardan danışdı
"Bilirsiniz, Azərbaycan Ordusunun arsenalı təkcə dronlardan ibarət deyil, bizdə Rusiya, Belarus, İsrail istehsalı olan müasir hava hücumundan müdafiə sistemləri, bir neçə çarpaz hava hücumundan müdafiə sistemləri var. Onlar Ermənistan ərazisindən göndərilən raketlərin çox hissəsini vurur. Təəssüf ki, biz həmin raketlərin hamısını vura bilmirik. Bizdə ən müasir zirehli texnika var, modernləşdirilmiş "T-72” tankları, ən müasir "T-90” tankları, piyadaların döyüş maşınları və sair, müasir uzaqvuran artilleriya silahları var. İndi bu, heç kəs üçün sirr deyil. "Polonez”, "Lora”, "Ekstra”, "Qasırğa” raketləri və sairə. Yəni, biz ordumuzun silahlanmasına birtərəfli yanaşmamışıq. Lakin müharibə aparılmasının müasir metodları, əlbəttə, 1990-cı illərdə olan metodlardan fərqlənir. Buna görə də pilotsuz aviasiya bizim döyüş qabiliyyətimizin mühüm amilidir, xüsusən, bu cür möhkəmlənmiş rayonların olması nəzərə alınmaqla". 

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı fikirlərinə əlavə edib:

"İnanın ki, hətta bizim internetdə nümayiş etdirdiyimiz kadrlar da, əslində, baş verənlərlə müqayisədə çox cüzi hissədir. Bunlar bizim göstərə bildiklərimizdir. Aşkar görünür ki, onlar orada qazılıb yerləşdirilib. Sanki hansısa gəmiricilərdir. Onlar orada hər yeri qazıblar. Aralarında yollar olan, uzunluğu kilometrlərlə ölçülən tunellər var. Siçovul yuvalarına oxşayır. Səs eşidən kimi oraya girirlər. Hər bir artilleriya topunun "siçovul yuvası” var. Buna görə müasir texnika olmasa, bunları məhv etmək çox çətin olardı və bu, çox böyük insan tələfatına gətirib çıxarardı. Biz neçə "Qrad” qurğusunu məhv etmişik. İndiki halda pilotsuz aviasiya - həm Türkiyə dronları, həm də İsrail dronları, əlbəttə, bizə çox kömək edir. Biz azı altı ədəd "S-300” zenit-raket kompleksini məhv etmişik. Üstəgəl müasir pilotsuz uçuş aparatları. Onlar özləri zərbə endirir, özləri kəşfiyyat aparır, həm də zərbə vuran artilleriyanın koordinatlarını verirlər. Buna görə, əlbəttə, bu, bizim uğurumuzun mühüm amilidir. Lakin dediyim kimi, torpaqlarımızı Azərbaycan əsgərləri və zabitləri azad edirlər, bu torpaqlarda bayrağımızı qaldırırlar. Buna görə bütün bunlar bizim sərvətimizdir və təsadüfi deyil ki, Azərbaycan Ordusu ən yüksək döyüş qabiliyyətli ordulardan biri hesab edilir. Mən bilirəm ki, bu müharibədən sonra bu təcrübə öyrəniləcək. Ümumiyyətlə, bu təcrübə hərbi quruculuq üzrə gələcək fəaliyyəti planlaşdıran çox ölkələr üçün, hətta bizim üçün də faydalı olacaq. Bu yaxınlarda Müdafiə Nazirliyində hərbçilərlə müşavirə keçirirdim, orada dedim ki, biz uğurlarımızla yanaşı, nöqsanlarımızı da təhlil etməliyik və gələcəkdə hərbi texnika alanda indi bizə lazım olan, amma, sadəcə, anbarlarda qalmış texnikanı almamaq təcrübəsini əsas götürməliyik".

OXŞAR XƏBƏRLƏR

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...