\"Səs\" Azərbaycanda ekranlara qayıdır: bu dəfə uşaqlar oxuyacaq - VİDEO

\

Populyar musiqi televiziya layihəsi "Səs" Azərbaycanda yenidən ekranlara qayıdır.

Oxu.Az xəbər verir ki, vokal şousu bu dəfə uşaqlar arasında keçiriləcək. "Səs uşaqlar" adlı musiqi müsabiqəsi yeni mövsümdən İctimai Televiziyanın efirində yayımlanacaq. 

Sözügedən beynəlxalq yarışmada iştirak etmək istəyən uşaqlar üçün yaş həddi 8-14 arasındadır. Səsini, istedadını və bacarığını bütün Azərbaycana tanıtmaq istəyən uşaqlar bu müsabiqəyə qatıla bilər.

Məlumat üçün bildirək ki, "Səs uşaqlar" musiqi yarışmasına seçimlər sentyabrın 10-dan başlayacaq.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Səs" beynəlxalq musiqi müsabiqəsi 2015-ci ildə AzTV-nin efirində yayımlanıb. Yarışmanın qalibi isə Emiliya Yaqubova olub.



OXŞAR XƏBƏRLƏR