Sərxoş sürücü dəhşət saçdı - Avtomobili turistlərin üzərinə sürdü, çoxlu sayda ölü və yaralı var

Sərxoş sürücü dəhşət saçdı - Avtomobili turistlərin üzərinə sürdü, çoxlu sayda ölü və yaralı var

İtaliyada çox sayda turistin ölümünə və yaralanmasına səbəb olan qəza baş verib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tirol vilayətinin qış-xizək turizmi bölgəsi sayılan Lutaqoda yaşanıb.

Bildirilir ki, sərxoş sürücü avtomobili Almaniyadan gəlmiş turistlərin üstünə sürüb. Hadisə nəticəsində 6 turist ölüb, 11-i yaralanıb. Hələlik maşınla vurulmuş turistlərin adları açıqlanmayıb.

Artıq sürücünün polislər tərəfindən saxlanıldığı deyilir. Onun 28 yaşlı olduğu və həddindən çox spirtli içki qəbul etdiyi bildirilir. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR