Sərxoş ana bıçaqla körpə qızının başını bədənindən ayırdı - FOTO

Sərxoş ana bıçaqla körpə qızının başını bədənindən ayırdı - FOTO

Körpəsini vəhşicəsinə qətlə yetirən qadının məhkəməsi baş tutub.

SFera.az xarici mətbuata istinadla xəbər verir ki, qızını mətbəx bıçağı ilə öldürən 26 yaşlı qadına hökm oxunub.

Belarusiyada yaşayan Natalya Kolb adlı qadın mətbəx bıçağı ilə 8 aylıq Hanna adlı qızının başını kəsib. Məhkəmə onun 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

O, işinə yenidən baxılması üçün müraciət etsə də, məhkəmə onun şikayətini təmin etməyib. Qadın və onun ailəvi dostu 48 yaşlı Viktar Syarhel 8 aylıq körpənin ölümündə təqsirkar bilinib.

Onların cinayəti törədən zaman sərxoş halda olduqları təsdiqlənib.

 

Natalyanın əri, uşağın atası evə gəldikdə qızını qan içində tapıb. Onun bədənində 46 bıçaq yarası olub. (milli.az)


OXŞAR XƏBƏRLƏR