“Şərurlu İsfəndiyar” YAP-dan çıxarılacaq?

“Şərurlu İsfəndiyar” YAP-dan çıxarılacaq?

Bu gün biabırçı addımı ilə medianın gündəminə gələn "Şərurlu İsfəndiyar” YAP-ın rəhbərliyində təmsil olunur.


"Yeni Sabah” xəbər verir ki, o 2006-cı ildən hakim partiyanın üzvü olub. "Şərur” Mənzil Tikinti Kooperativinin sədri olan İ. Axundov YAP Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin və Şuranın üzvüdür. O, rəhbərlikdə millət vəkilləri Eldar İbrahimov, Əli Hüseynli, Kəmaləddin Qafarov, icra başçısı Elxan Allahverdiyev və digərləri ilə eyni səlahiyyəti daşıyır.

İ. Axundovun şəhid ailəsinin mənzilini əlindən alması və birinci xanım Mehriban Əliyevanın problemə müdaxiləsindən sonra onun YAP sıralarından xaric olunacağı gözlənilir.

 



OXŞAR XƏBƏRLƏR