“Şərt qoyulmalıdır ki, oxuyub Azərbaycana qayıtsınlar” – Xaricdə təhsillə bağlı təklif

“Şərt qoyulmalıdır ki, oxuyub Azərbaycana qayıtsınlar” – Xaricdə təhsillə bağlı təklif
 

"Xaricdə təhsil üzrə Dövlət Proqramı bərpa olunmalıdır. Amma təklif edirəm ki, həmin proqram bakalavr pilləsinə deyil, mütləq şəkildə magistratura, doktorantlıq və rezidentura pillələrinə şamil edilsin”.


Sfera.az-a açıqlamasında bu sözləri Neft Fondunun büdcəsindən maliyyələşməni davam etdirməklə xaricdə təhsil üzrə Dövlət Proqramının gələn ildən bərpa edilməsinin vacibliyi təklifinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib:

 

"Azərbaycanın ali təhsil müəssisələri müasir dövrün tələbləri və əmək bazarının ehtiyaclarına uyğun kadr hazırlığı həyata keçirə bilmir. Ona görə də rəqabətə davamlı iqtisadiyyatın formalaşması, xidmət sektorunun inkişafı üçün mütləq şəkildə xaricdə təhsil alan məzunlara ehtiyacımız var. Milli kadrların yetişdirilməsi üzərində iş aparırıqsa, vacib olanı odur ki, təhsilin digər pillələri üzrə kadr hazırlığı üçün xaricə tələbə göndərməliyik. Həmçinin xaricə oxumağa göndərilənlərlə müqavilə bağlanarkən ora təhsili başa vurduqdan sonra Azərbaycana qayıdıb işləmək müddəası da əlavə edilməlidir”.

 

K. Əsədova görə, proqramın bərpa olunması ilə yanaşı, dövlət ancaq dünya reytinqində yüksək yerə malik xarici universitetlərdə oxumağa gedənləri maliyyələşdirməlidir:"Çünki ölkəmizin dünya iqtisadiyyatını, təhsilini, səhiyyəsini, xidmət sektorunu peşəkarcasına bilən kadrlara ehtiyacımız var. Yoxsa, Rusiyanın, Dağıstanın, Ukraynanın hansısa aşağı ranqlı universitetində oxumağa gedənləri maliyyələşdirməyə ehtiyac yoxdur. Düşünürəm ki, aydiyyatı dövlət qurumları proqramı bərpa edəcək və bu zaman dediyim məqamları da nəzərə alacaq”.

 

Elçin


OXŞAR XƏBƏRLƏR