Sərnişinlərin həyatını təhlükəyə atan 156 saylı marşrut xətti ilə bağlı hansı tədbir görüləcək? - BNA-dan AÇIQLAMA

Sərnişinlərin həyatını təhlükəyə atan 156 saylı marşrut xətti ilə bağlı hansı tədbir görüləcək? - BNA-dan AÇIQLAMA
"Agentlik tərəfindən mütəmadi olaraq daşıyıcılarla keçirilən görüşlərdə sürücülərə göstərişlər verilir, xəbərdarlıq edilir. Yay mövsümündə bu cür hallara daha çox təsadüf edilir”. 

"Memar Əcəmi" metrosundan Höküməli qəsəbəsi istiqamətində hərəkət edən 156 saylı marşrut xətti avtobusunun qapısı açıq şəkildə hərəkətinə münasibət olaraq Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Sfera.az-a açıqlamasında belə deyib.
 
M.Ağayev dəfələrlə bu cür hallarla rastlaşdıqlarını söyləyib:

"Təəssüflər olsun ki, hələ də bu cür hallarla rastlaşırıq. Dövlət yol polisi tərəfindən bu cür hallara qarşı mübarizə aparılır, müəyyən inzibati tədbirlər görülür”. 

M.Ağayev bildirib ki, eyni hal bir daşıyıcıda dəfələrlə təkrarlanarsa, bu zaman müqavilənin bağlanmasına yenidən baxılması məsələsi gündəmə gələcək:
 
"Sürücü ilə bağlı daşıyıcı tərəfindən addım atılmalıdır. Çünki o sürücünü işə götürən də daşıyıcıdır. Məqsədimiz sürücünü işdən çıxartmaq yox, onu tənbeh etməkdir”.


Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...