Sərnişinlərin gözü aydın: Sürücüsüz avtobuslar buraxılır - FOTOLAR

Sərnişinlərin gözü aydın: Sürücüsüz avtobuslar buraxılır - FOTOLAR

"Mercedes-Benz” şirkəti ictimai nəqliyyatın yeni modelini təqdim edib.

 

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, gələcəkdə avtobuslar avtomatik "CityPilot” idarəetmə sistemi ilə işə düşəcək. "Mercedes” şirkəti bu modeli şəhər avtobuslarının istehsalında yeni  mərhələ adlandırıb.

 

"Mercedes-Benz Citaro” avtobusu 6 silindr OM 936 turbo dizellə  təchiz olunub,  mühərriki isə 299 at gücü təşkil edir.  "Citypilot” avtobusları elə texnoloji platformada quraşdırılıb ki, bu nəqliyyat vasitəsi qiyməti özü müəyyənləşdirir və  avtomatlaşdırılmış idarəetməyə imkanı verir. Yəni, sürücüyə ehtiyac qalmır. O, avtobusun idarəetməsinə yalnız istisna hallarda müdaxilə edə bilər. Sürücü üçün bütün zəruri məlumatlar ekranda verilir, o isə öz növbəsində qeydləri monitora çıxararaq sərnişinləri məlumatlandırır. Sistemdə 10 kamera quraşdırılıb. Avtobusun marşrutuna  radiolokasiya sistemləri tərəfindən nəzarət edilir, GPS və bir neçə ayrı-ayrı kameralar avtobusun məkanda vəziyyətinin müəyyən edilməsi üçün istifadə olunur.

 

Avtobusun interyer dizaynı şəhərin meydanlarını, parkları  aydın görməyə imkan verir. Avtobusda sərnişinlər üçün üç müxtəlif zonalar nəzərdə tutulub. Onların quruluşu avtobusda uzun müddət yol gedən sərnişinlərə görə dizayn edilib. Həmçinin bu avbostuslar ağac budaqları formasında məhəccəri ilə də öyünə bilər.

 

Foto və video əsasında açıq-aşkar mühakimə yürütmək olar ki, avtobus çox sərnişin daşımayacaq, çünki şirkət hər bir insan üçün maksimum məkan ayırıb. Sərnişinlər avtobusun təxminən ortasıda yerləşən yeganə iki qapıdan istifadə edəcək. Giriş yaşıl, çıxış isə qırmızı zolaqlı işıqla nişanlanıb. Elektron bilet sisteminin istifadəsi sərnişin axınının sürətləndirilməsinə xidmət edir. 

 



OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...