Sərnişin stüardessadan elə bir şey istədi ki...

Sərnişin stüardessadan elə bir şey istədi ki...

 

Gündə minlərlə insanla ünsiyyətdə olan təyyarə işçilərinin qarşılaşdığı qəribə hadisələrdən sadəcə bir neçəsi...

1. Pilotlardan birinin dediyinə görə, "Nə pulsuzdursa və harada həyat rahatdırsa, oranı özünə seç” prinsipi ilə yaşayan bir adam stüardessalardan pulsuz olan hər şeyi istəyirmiş. Kişinin yanında oturan qadın stüardessadan qadın paketi xahiş edib. Bunun yuxu maskası olduğu düşünən sərnişin də özü üçün də "maska” gətirilməsini istəyib. İngilis dilini çox pis bilən həmin sərnişinə bunun əslində maska olmadığını başa salmaq mümkün olmayıb. Sonda sərnişin paketi açıb və gözlərinə yapışdırıb.

2. Uçuşdan bir neçə dəqiqə əvvəl tualetin yerini soruşan yaşlı adama təyyarənin burun hissəsi göstərilib. Bu hadisədən 10-15 dəqiqə sonra təyyarə uçuşa qalxmağa hazırlaşıb. Təyyarə havaya qalxandan sonra həmin kişinin həyat yoldaşı ərinin harada olduğunu soruşub. Qadına da ayaqyolunun yeri göstərilib. Lakin kişinin ümumiyyətlə, təyyarədə olmadığı ortaya çıxıb. Məlum olub ki, adam tualetə getmək üçün təyyarədən çıxmalı olduğunu düşünərək hava limanının tualetinə gedib. Və uçuşa çata bilməyib.


OXŞAR XƏBƏRLƏR