Sərkisyanın istefadan öncə gizli danışıqları üzə çıxdı

Sərkisyanın istefadan öncə gizli danışıqları üzə çıxdı
Ermənistanın eks-prezidenti və baş naziri Serj Sərkisyan istefa barədə qərar verməzdən əvvəl Moskva ilə intensiv təmaslarda olub, bir sıra yüksək vəzifəli şəxslərlə danışıqlar aparıb.

Bu barədə Virtualaz.org məlumat yayıb.

"Serj Sərkisyan istefasına qədər son 24 saat ərzində Moskvadan rəsmi şəxslərlə telefon söhbətləri aparıb. Bu söhbətlərin təfərrüatları məlum deyil”-diplomatik mənbələr bildirib.

Bununla belə qeyd olunub ki, həmin təmaslar zamanı Moskva Sərkisyanın nümayişçilərə qarşı gücdən istifadə planlarını dəstəkləməyib.

Həmin ərəfədə Nikol Paşinyan da Moskvadan zənglər alıb. "Ona çatdırıblar ki, etirazlar zamanı erməni simvolikalarından başqa hər hansı simvolikalar istifadə edilməsin. Bu, Ermənistandakı etirazların Gürcüstan və Ukraynadakı etirazlardan fərqli olduğunu göstərmək üçün lazım idi”-agentlik yazır.

Məqalədə deyilir ki, Kremldən zənglər inqilabın nəticəsi baxımından həlledici olmayıb, bu zənglər ancaq nümayişçilərin təzyiqlərinə görə edilib.

Paşinyana yaxın biznesmen və etirazların liderlərindən biri Armen Qriqoryan deyiblər ki, nümayişlər zamanı Nikol Paşinyan özü də Rusiya səfirliyi ilə və Moskvadan XİN-in rəsmi nümayəndəsi ilə təmas qurub. "Biz onlarla işləyirdik. Paşinyan onları əmin etdi ki, baş verənlər Rusiyanın maraqlarına təhlükə yaratmayacaq”-Qriqoryan deyib.

İstefadan əvvəl Serj Sərkisyan vəzifəli şəxslərlə və yaxın tərəfdaşları ilə intensiv müzakirələr də aparıb. Vitse-spiker Eduard Şarmazanov deyib ki, iki variant müzakirə olunurdu-fövqəladə vəziyyət tətbiq etmək və Sərkisyanın istefası. "Qərara alındı ki, fövqəladə vəziyyət problemi həll etməyəcək, təxirə salacaq. Ona görə də istefa variantı seçildi”-o deyib.

 



OXŞAR XƏBƏRLƏR

Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk etmələri, şübhəsiz ki, ilk növbədə ...

Britaniya İrana qarşı sanksiyalar siyahısını GENİŞLƏNDİRDİ 

Böyük Britaniya İsrailə hücumlar fonunda İrana qarşı sanksiyalar siyahısını genişləndirib.   Sfera.az TASS-a istinadən xəbər verir ki, 13 İran rəsmis...

Respublika Pediatriya Mərkəzi yaradıldı

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb müəssisələrində optimallaşdırma işlərinin həyata keçirilməsinin təmin edilməsi ...

️Piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Bu gün saat 16:45 radələrində ADY-yə məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.   Sfera.az ...

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir.   Sfera.az Report-a istinadən xəbər verir ki, ...

Rusiyaya aparıldığı iddia edilən ukraynalı uşaqlar Almaniyadadır? - İDDİA

"Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Almaniyada Rusiyaya aparıldığı hesab edilən 161 uşaq tapıblar".  Sfera.az “Ukrinform&...