Şərifzadə küçəsindəki problemi kim həll etməlidir?

Şərifzadə küçəsindəki problemi kim həll etməlidir?
"JEK düzəldəcək, onda sonra istilik sistemini verəcəyik”

Sfera.az-a açıqlamasında bu sözləri Yasamal rayonu Şərifzadə küçəsi 192 ünvanında yerləşən yaşayış massivində istiliyin olmamasına münasibət bildirərkən 
"Azəristiliktəchizat” ASC-nin Yasamal rayonu üzrə 8 saylı İstilik Sistemlərinin İstismar Sahəsinin abonent-müştəri xidmətləri üzrə iqtisadçısı Əlibəy Qəribov deyib: "Şərifzadə küçəsi 192-ci blokda qəza baş verib. Qəza isə ondan ibarətdir ki, həmin binanın aşağı paylamasında boru xətti partlayıb. Əraziyə baxan JEK idarəsi boru xəttilə bağlı problemi həll etdikdən sonra həmin binaya istilik veriləcək. Ümid edirik ki, problem gün ərzində öz həllini tapacaq”.
 
Qeyd edək ki, hava şəraitinin soyuqlaşmasına baxmayaraq, paytaxt Bakının bəzi ərazilərinə istilik verilmir. Məsələn, Yasamal rayonu Şərifzadə küçəsində yaşayan sakinlərin bildirdiyinə görə, bu ərazinin bəzi binalarında istilik yoxdur. Nəticədə həmin ərazidə yaşayan sakinlər havaların soyumasına rəğmən evlərini isidə bilmirlər. "Azəristiliktəchizat ASC hələ yay aylarında qışa tam şəkildə hazır olduqlarını bəyan edirdilər. Amma göründüyü kimi, vəziyyət heç də onların dediyi kimi deyil. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR